Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudov komandasının “qaz vurub qazan dolduran” təmsilçisi kimdir?

Eldar Mahmudov komandasının “qaz vurub qazan dolduran” təmsilçisi kimdir?


7-04-2016, 10:42
Eldar Mahmudov komandasının “qaz vurub qazan dolduran” təmsilçisi kimdir?
Moderator.az-a sabiq MTN generalı Nizaməddin Həmidovla bağlı maraqlı informasiya daxil olub. Ləğv edilən MTN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi N.Həmidovun Sabunçuda böyük biznes şəbəkəsinə malik olduğunu bildirən mənbə, MTN generalının aqlay biznesindən illər uzunudur ki, böyük gəlir əldə etdiyini vurğulayıb.

Mənbənin sözlərinə görə, Sabunçu rayonu ərazisində aqlay sexinə malik olan sabiq general bu sexin hesabına sabiq nazir Eldar Mahmudov dönəmində külli miqdarda gəlir əldə edib. Belə ki, MTN-nin nəzdində olan bütün müəssisələri sahib olduğu aqlay sexinin məhsulları ilə “bəzəyən” general, bu illər ərzində sözün həqiqi məansında “qaz vurub qazan doldurub”. Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi kimi tikinti-təsərrüfat məsələlərində birmənalı şəkildə söz sahibi olan general, idarəyə məxsus təmir-tikinti işlərində xeyri özgəsinə deyil, özünə verməyi qərara alıb və bu qərara uyğun da hərəkət edib.

Bilgili qaynağın məlumatına görə, Eldar Mahmudov erasının süqutundan sonra da aqlay biznesini davam etdirən N.Həmidov, bu gün də “köhnə qazanc yerinin” hesabına yeni gəlirlər əldə etməkdədir. Lakin mənbə hesab edir ki, biznes fəaliyyətini davam etdirməsinə baxmayaraq, hazırkı şəraitdə kölgəyə çəkilən N.Həmidovun əsas məqsədi “MTN işi” dalğasından sağ-salamat çıxmaq, E.Mahmudov dönəmini “xatasız-bəlasız” qapatmaqdır.

Geri qayıt