Əsas Səhifə > Cəmiyyət, Manşet > Millət nə hayda, bunlar da Bakını qumarxanaya döndəriblər...
Millət nə hayda, bunlar da Bakını qumarxanaya döndəriblər...11-04-2016, 09:32 |
Azərbaycanda son dönəmlər xeyli genişlənən və gizli şəkildə fəaliyyət göstərən qumarxanaların sayı durmadan artır. Əsasən Binəqədi rayonu ərazisində yağışdan sonrakı göbələk kimi çoxalan belə obyektlərin isə maraqlı rəhbərləri və bir o qədər də maraqlı himayədarları var. Bildirək ki, edilən haqlı narazılıqlardan dolayı qısa müddətdə olduqca maraqlı bir araşdırma apardıq. Bu araşdırma nəticəsində məlum olub ki, əslində, qumarxanalar ayrı-ayrı şəxslər arasında bərabər şəkildə bölüşdürülməklə yanaşı, həm də paytaxtın mərkəzinə qədər yayılıb. Araşdırmalardan o da bəlli olub ki, paytaxtın «QUMAR KRALLARI» var və onlar çox sərbəst şəkildə hərəkət edirlər. Onlarla bağlı edilən şikayətlərə isə ya baxılmır, ya da baxılsa belə lazımi tədbirlər görülmür. Həmin şəbəkənin işləri, obyektləri və fəaliyyəti ilə bağlı geniş araşdırma yazılara start verib və ilk sırada isə onların ən məşhurlarından biri ilə bağlı müfəssəl məlumat verməyə çalışacağıq. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmaya görə, «Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur. Arzuman kimsəyə güvənmədən Bakıda çoxlu sayda qumarxana açaraq, onları işlətməklə məşğuldur. Əsasən puluna güvənən bu şəxs adının dillərə düşməməsi üçün pul xərcləməkdən çəkinmir. Arzumanın Bakıda toplam 18 qumar oynanılan obyekti var. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Maraqlı məqam odur ki, Arzuman adlı həmin şəxs hər yaşına uyğun olaraq bir qumarxana açıb. Məsələn, 41, 42, 43, 49… Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. İşin ən maraqlı tərəfi odur ki, «Bakı» restoranında fəaliyyət göstərən qumarxananın əsas müştəriləri məhz dindarlardır. Xüsusən bu müştərilərin «Bakı»da peyda olmasının əsas pik nöqtəsi Nardaran olyalarından sonraya təsadüf edir. Niyə məhz həmin olaydan sonra dindarların Arzumanın qumarxanalarına dadanmalarının sirri hələlik məlum deyil. Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. Və orada hər gecə qumar oynanıldığı xeyli adam tərəfindən təsdiqlənir. Arzumanın şərik olduğu şəxslər də var və onlarla ortaq şəkildə qumarxanalar işlədir. Məsələn, 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var. Qeyd edək ki, bu apardığımız araşdırmanın çox kiçki hissəsidir. Hazırda əməkdaşlarımız toplan 20-yə yaxın olan və Arzumana bağlı olan qumarxanaların yerlərini müəyyən edərək, orada çəkilişlər aparmaqdadırlar. Yaxın günlərdə həmin videogörüntülər oxucularımıza təqdim olunacaq. Barəsində söz açılan Arzuman Muradlı hakim Yeni Azərbaycan Partiyasının fəal üzvülərindəndir. O, hazırda YAP Səbail rayon təşkilatı İdarə Heyyətinin üzvüdür. 2005-ci il parlament seçkilərində partiyanın deputatlığa irəli sürdüyü namizədlərindəni olub. ANONS – Bakının «Qumar Kralları» sırasında daha kimlər var? – Qumarxana işlədən deputat oğlu kimdir? – «Aerokassa»nın yerində necə qumarxana açıblar? – Ağdamlı İqbalın Qara Qarayev metrosu yaxınlığındakı obyektlərində nələr baş verir? – «Krallar» özlərini sığortalamaq üçün hansı yüksək çinli məmurların adlarını çəkirlər? – Bakıda elektron formada qumar oyunları harada təşkil edilir? – «Qara Vəzir» və Mehman kimdir, onların şəhərin hansı hissələrini «zəbt» ediblər? – “Qara Vəzir”in oğlu Qaranizadənin Xırdalandakı kazinosu və qonşu banklar… Geri qayıt |