Əsas Səhifə > Cəmiyyət, Manşet > Aydın Əliyevin kantoru bundan artıq olmayacaq ki...
Aydın Əliyevin kantoru bundan artıq olmayacaq ki...14-04-2016, 10:38 |
Oxucularımızdan birinin xahişi ilə ölkəyə gətirilən bəzi məhsulların gömrük rüsumu ilə bağlı məlumat almaq üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsinə daxil olduq. Komitənin internet səhifəsində yazılıb: “Vətəndaşların nəzərinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsinin “192” saylı “qaynar xətti”ndə mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün artıq xüsusi rabitə xidməti mövcuddur”. NUH.az-ın əməkdaşı “192” saylı “qaynar xətt” ilə əlaqə saxlayıb. Dəfələrlə telefon zəngindən sonra nəhayət telefona cavab verən şəxs bildirib ki, “192” saylı “qaynar xətt” Dövlət Təhlükəsilik Xidmətinə aiddir. İstər-istəməz sual doğur ki, görəsən DGK rəhbərliyinin başı nəyə qarışıb..? Bu boyda məsuliyyətsizlik olar..? Ölkə baçısı hər dəfə xüsusi olaraq vurğulayır ki, iş adamlarına, sahibkarlara normal şərait yaradılmalıdır. Normal şərait deyəndə həm də informasiya təminatı nəzərdə tutulur. Görünür, DGK rəhbərliyinin başı hələ də rüşvətdən ayılmır. Qarşı tərəfin mövqeyni dinləməyə hazırıq. Geri qayıt |