Əsas Səhifə > Cəmiyyət, Manşet > İran Qarabağda savaşdan niyə qorxur?
İran Qarabağda savaşdan niyə qorxur?15-04-2016, 10:11 |
DİA.AZ: - "Ərəbistanın müdaxilə edəcəyi, yaxud İsrailin həyəcan siqnalı əsasında hərəkət edəcəyi surətdə Qarabağ toqquşmaları yeni formaya düşəcək. Belə olduqda İŞİD-in bu məntəqədə zühuru və bunun ardınca islami müqavimət qüvvələrinin məntəqəyə daxil olması mümkündür". Qeyd edək ki, bu ifadələr İranın antiAzərbaycan ruhlu əsas ruporlarından birində yer almış məqalədəndir. DİA.AZ bildirir ki, Qarabağda savaşın aktivləşdiyi bir dönəmdə İran tərəfi qollarını çırmayaraq Ermənistana dəstəyini əsirgəməməkdədir. DİA.AZ fars-molla rejiminin "qafqaz.ir" saytına yer alan məqaləni olduğu kimi təqdim edir: "Qafqaz Mədəniyyət Mərkəzi – Qarabağda baş verən son toqquşmalar nə cahanşümul terrorçu qruplardan xəbər verir, nə Suriyada olduğu kimi dünya güclərinin hər birinin öz xeyrinə olaraq regionda geopolitikanı dəyişmək məqsədindən.Nə də Ermənistan və Azərbaycan dünyanın hazırkı durumunda İran, Rusiya, Türkiyə və s. kimi ölkələri Qarabağ müharibəsinə qatmaq və Suriyada yaranmış vəziyyət kimi bir durum yaratmaq fikrində deyillər. Lakin diqqətdən qaçırmaq olmaz ki, bu toqquşmalarda Azərbaycana hərbi dəstək verən İsrail, hal-hazırda Türkiyənin Suriya münaqişələrində İŞİD-i dəstəkləməsi kimi bir rol ifa edir. Ona görə də İsrail tərəfindən düşünülməmiş çox kiçik bir hərəkət Qarabağda vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxara bilər. Bəziləri Qarabağda son toqquşmaları Ankaranın Moskvanı əngəlləmək istəməsi, bəziləri də İsrailin İran üçün problem yaratmağa cəhd etməsi kimi dəyərləndirir. Bu izah bir qədər ağlabatan deyil. Çünki Qarabağ konflikti bir əsrdən çox tarixi kökə malik, etnik, dini, bəzən də siyasi səbəbləri olan bir münaqişədir. Əvvəldə qeyd etdiklərimizi səbəb yox, yuxarıda adı sadalanan ölkələrin münaqişənin hazırkı prosesinin davam etməsində bir hədəfləri kimi qəbul etmək lazımdır. Bu gün Qarabağda şahidi olduğumuz hadisələr, İlham Əliyevin Krım hadisələrində Putinin yerişini yerimək istəməsi deyil. Hadisənin əsas səbəbi məhz Azərbaycan xalqını neftin qiymətinin düşməsi ilə yaranmış ağır iqtisadi duruma tabe etmək, İsa Qənbərin hakim təfəkkürlü tərəfdarlarını milli maraqları qorumaq bəhanələri və 8 rayonu Ermənistanın işğalından azad etmək şüarı ilə hakimiyyətlə həmfikir etməyə məcbur etmək üçün bir hərəkət idi. Hər iki tərəfin hərbi qüvvələri də mükəmməl bir müharibəyə girməkdən çəkinməklə cüzi də olsa üstünlük əldə etməkləiki ölkə arasında baş tutacaq gələcək sülh müzakirələrini öz dövlətlərinə tərəf əyməyə cəhd edəcəklər. Bu iki ölkə arasında qarşıdurmanın siyasi və hərbi aspektləri varıdır. Siyasi aspektdə Ermənistan özünün güclü diplomatik aparatına və xarici siyasətində ölçülmüş proqramlarına görə hadisənin digər tərəfi ilə müqayisədə daha üstün mövqedə dayanır. Amma hərbi aspektdə Azərbaycan, Xəzər dənizinin neft ehtiyatlarından əldə etdiyi kalan gəlirə görə Ermənistandan yuxarıda dayanır. Belə ki, mükəmməl bir müharibə başlayacağı surətdə bu müharibə Ermənistanın diplomatik aparatının Azərbaycanın hərbi qüvvələri qarşısında toqquşması olacaq. Yuxarıda deyilənlərə əsasən, diqqət etmək lazımdır ki, Ərəbistanın müdaxilə edəcəyi, yaxud İsrailin həyəcan siqnalı əsasında hərəkət edəcəyi surətdə Qarabağ toqquşmaları yeni formaya düşəcək. Belə olduqda İŞİD-in bu məntəqədə zühuru və bunun ardınca islami müqavimət qüvvələrinin məntəqəyə daxil olması mümkündür.Fərziyyə gerçəkləşdiyi surətdə siyasi yollarla bu hadisənin qarşısını almağa gücü çata bilən qüvvə yalnız İrandır. Çünki İran bir tərəfdən öz şimal sərhədlərində hər cür qarşıdurmanı özünün təhlükəsizliyi üçün təhdid sayır, digər tərəfdən də qarşıdurma tərəfləri olan hər iki ölkə arasında diqqətiçəkən nüfuza malikdir". DİA.AZ-dan məqalədən də aydın şəkildə görünür ki, İran rəsmən Azərbaycanın Qarabağ uğrunda savaşından ehtiyat edir. Hətta Ermənistana olan simpatiyasını belə gizlətməyən məqalə müəllifi elə absurd ideyalarla çıxış edir ki, bu fikirlərə gülməklə yanaşı yalnız bir sözlə reaksiya vermək olar: İRAN YAXŞI BİLİR Kİ, QARABAĞDAN BAŞLAYAN SAVAŞ TƏBRİZİ DƏ AĞUŞUNA ALACAQ... Vəssalam. Geri qayıt |