Əsas Səhifə > Cəmiyyət, Manşet > O da öz torpaqlarılnı qorumaq zorundadır...

O da öz torpaqlarılnı qorumaq zorundadır...


20-04-2016, 09:17
O da öz torpaqlarılnı qorumaq zorundadır...
DİA.AZ: - Bu gün hər birimiz fəxrlə qürurla deyirik ki, Milli Ordumuz ermənilərə qan uddurur. Düşməni işğal etdikləri Azərbaycan ərazilərindən iti qovan kimi qovurlar. Əhsən!Torpağımızın hər bir qarışı bizim üçün müqəddəsdir. Torpaq işğalda qala bilməz!

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Saatlı peşə liseyin müəllim və şagirdləri də bu fikirlə yaşayırlar. Onlar həm də peşə liseyinə təcrübə keşmək üçün ayrılmış 80 hektar yardımçı torpaq sahəsini “işğaldan” azad etmək istəyirlər. Ancaq uzun illərdir ki, buna nail ola bilmirlər. Məktəbə kimi direktor təyin edirlər, ona elə gəlir ki, liseyə təcrübə üçün ayrılmış 80 hektar torpaq sahəsi ona atası tərəfindən hədiyyə olunub.

Əvvəlki direktorlar Azad Rəşidov və İsmayıl Hüseynov da məktəbin torpaq sahəsini 4 min manata icarəyə vermişdilər. 9 aya yaxındır ki, heç kimi liseyə direktor təyin edə bilmirlər. Çünki “direktor haqqı” çox bahadır. Kimə deyirlər, cavab verir ki, bu məktəbdə qazanc götürməyə heç nə qalmayıb. Qalan bircə 80 hektar torpaq sahəsidir. Ondan da ildə 4 min xeyir gəlir. Direktor olmaq üçün yuxarıların istədiklərini 7 ilə ancaq çıxara bilərsən. Qaldı məktəbin digər avadanlığı, quru divarlar, bir də təcrübə keçən şagirdlər üçün ayrılmış yanacaq.

Hazırda liseyə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. Halbuki, qanuna görə, yaşı 65 –dən yuxarı olan pedaqoji işçi rəhbər vəzifədə ola bilməz. Teyyub müəllim isə həm direktor əvəzi, həm də müavindir.

Neçə vaxtdır ki, məktəbin müəllim və şagirdləri liseyin 80 hektar torpaq sahəsini Teyyub Babayevin “işğalından” azad edə bilmirlər. Elə ki, soruşurlar ki, ay Teyyub müəllim, liseyin torpağının taleyi nə yerdədir. Teyyub müəlim də deyir ki, niyə bunu əvvəlki direktor Azad Rəşidovdan, bu gün bizimlə çiyin-çiyinə işləyən İsmayıl Hüseynovdan soruşmurdunuz? Nə oldu, gözünüz məni nə tez gördü? Torpağı əkib-becərmək lazımdı. Ona görə də vermişəm yaxşı oğlanlara, özü də pulsuz. İndi gəl inan ki, 69 yaşlı direktor əvəzi liseyin torpağını pulsuz icarəyə verib. Ondan soruşan da yoxdur ki, niyə liseyə məxsus təcrübə sahəsini kimlərəsə icarəyə vermisən?

Teyyub müəllimin peşə liseyində müftə qazanc yeri təkcə təcrübə sahəsini “işğal etməsi” deyil. Liseyin müəllimlərinə dərs saatı catmadığı halda, o, digər məktəblərdən adı olub, özü olmayan saathesabı “müəllimləri” də öz biznesinə qoşub.

Neçə gündür ki, müəllim və şagirdlər liseyin təcrübə sahəsi olan 80 hektar torpaq sahəsini 69 yaşlı Teyyub Babayevin “işğalından” azad etmək üçün cəhd göstərirlər. Ancaq Teyyub müəllimin müqavimətini qıra bilmirlər. Hətta Saatlı Rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin rəhbərliyi də peşə liseyinin torpağını əsarətdən xilas edə bilmirlər.

Pah attonnan! 69 yaış gücünə bax ey!

Görürsünüzmü ölkəmizdə təhsildə neçə inkişaf, tərəqqi var!

Afiq Sadıxov,
Saatlı rayonu

Geri qayıt