Əsas Səhifə > Cəmiyyət, Manşet > Ucarda gigiyena məsələsi...
Ucarda gigiyena məsələsi...26-04-2016, 10:14 |
DİA.AZ: - Ucar rayon Oğuz küçəsi ev 11 sakini Musayev Rafiq Vaqif oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Müraciətdə deyilir: "Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinin müriri Yasin Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində rayon ərazisində antisanitariya,yolxucu xəstəliklər baş alıb gedir.Pensiya yaşı lap çoxdan ötmüş 70 yaşlı qoca həkimin başı ancaq talançılığa, pul toplamağa qarışıb. Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzində 62 nəfərın adı işdə getsədə idarə ümümiyyətlə həftədə bir gün onuda iki saat işləyib hərə öz şəxsi işinin dalısı ilə gedir və əmək haqlarının çox hissəsini Yasin Məmmədova verirlər. Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinin qapısını açıq görən şəxsə muştuluq da düşür. Rayon ərazisində yaşayış yerlərinin yaxınlığında yerləşən zibilliklər, parklarda olan hovuzların iylənmiş suları, iaşə obyektlər və digər yerlərdə insan sağlamlığı üçün çox təhlükəli yolxucu xəstəliklərin mənbəyi olsada heç bir tədbir görülmür. Ağcaqanadın,bit-birənin, xəstəlik törədən həşaratların çoxalan bir vaxtında Yasin həkimin idarəsi işləmir.Buna görə dövlət tərəfindən ayrılmış dərmanlar baytarlıq apteklərində satdırılır.Uzağa getmək lazım deyil, Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinin yaxınlığındakı böyük zibillik yaşayış evlərinin sakini olan uşaqların oyun yerinə çevrilib ki, həmin zibillikdə proflaktik tədbirlər aparılmır.Hələ mərkəzin həyətindəki tualetin özündən istifadə etmək çox təhlükəlidir.Bu pensiya yaşı çoxdan ötmüş Yasin Məmmədov dönərxanalardan, iaşə obyektlərindən, şadlıq evlərindən və digər aidiyyatı yerlərdən aylıq haqq alıb orada baş verən neqativ hallara göz yumur.Rayonun çox hissəsində kanalizasiya açıq gedir buna görə də orada tez-tez dərmanlama işləri aparılmalı olsada edilmir". Daha sonra dia-az.life-a daxil olan müraciətdə bildirilir: "Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinə məxsus avtomobil həftənin şənbə-bazar günləri Göyçay rayonunda yerləşən mal-bazarından müştərilərə mal-qoyun daşıyır.Pensiya yaşı çoxdan ötmüş Yasin həkim dmək olar ki, idarəni bütün avadanlıqları ilə birlikdə icarəyə verir.62 nəfər işçilərin hamısı bu qoca yaramaza ayda haqq verib digər şəxsi işləri ilə məşğul olurlar ki,həttda onlardan bir neçəsi idarənin yolunu belə tanımırlar.Bu işçilərin çoxu hətda Bakı şəhərində yaşayıb orada işləyirlər.Yoxlama gələn kimidə zəng edib yaxınlıqda olan işçiləri çağırıb ora yığır .Gələn yoxlamanın çoxu isə bu qoca yaramazdan hörmət alıb çıxıb gdir. Yasin həkim məclislərdə xüsusi olaraq qeyd dir ki, məni bura bu yaşıma qədər Səhiyyə Naziri qohumum Oktay Şirəliyev məsləhət görüb işləyirəm.Bu adam özünü nazirin qohumu kimi təqdim edir. Bura əslində cinayət yuvası adlanmalıdır.Mən Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinin müdiri Yasin Məmmədovun bu cinayət əməllərinin yoxlanılması üçün şikayət ərizəsi ilə bütün aidiyyatı orqanlara müraciət etmişəm.Mən istəmirəm ki, övladlarımız yolxucu xəstəliyə düçar olsunlar.Bu cinayətkar barədə ciddi tədbirlər görülməlidir.Xahiş edirəm kömək edin.Ya bu işləməyən idarəni ləğv etsinlər, ya da bu qoca yaramaz barəsində ciddi tədbir görülüb cinayət məsuliyyətinə cəlb edilsin". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |