Əsas Səhifə > Cəmiyyət, Manşet > Qazaxda məcbüri köçkünlər “od püskürür”
Qazaxda məcbüri köçkünlər “od püskürür”28-04-2016, 10:31 |
“Gündəm xəbər”in elektron poçtuna Qazax rayonu Aşağı Əskipara kəndindən 45 nəfər məcburi köçgünün imzası ilə şikayət məktubu daxil olub. Ölkə başçısı Ilham Əliyeva, sürəti Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ünvanlanan şikayət məktubunda bildirilir ki, 1992-ci ildə Aşağı Əskipara kəndindən qovulan sakinlər,Qazax rayonu ərazisində müəsisə və idarələrin yardımçı binalarında məskunlaşıblar. Əskipara həsrətli insanların taleyinə 24 illik məcburi köçkünlük yazılıb. Bu uzun illər ərzində bir çox məhrumiyyətlərə düçar olduqlarını yazır soydaşlarımız. Dağdan gəlib, aranda yaşayan soydaşlarımız böyük faciələrlə baş-başa qalıb. Qazax rayonunda Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sifarişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda Nərimanov adlı qəsəbədə 45 ailə üçün 2 otaqlı fərdi evlər, 304 mənzilli 4 mərtəbəli binalar tikilərək məcburi köçkünlər arasında bölüşdürülüb. Nərimanov qəsəbəsində tikilən evlər qəzalı vəziyyətdə olduğundan məcburi köçkünlər gecələr sək-səkə içində yaşayır.Evlərin yükdaşıyıcı divarlarında eni 5-6sm satlar əmələ gəlib.İnşaatçı- mütəxəsisslərin rəyinə görə evlərin özülü tökmə torpaq üzərində qoyulduğundan divarlarda çökmə baş verir. Bundan əlavə həmin çatlarda zəhərli ilanlar və kərtənkələlər məskən salıb... Sakinlər dəfələrlə yataq dəstlərinin və ev avadanlıqlarının altından adı çəkilmiş heyvanları aşkarlayıblar! Mənzil bölgüsündə maxinasiya və ədalətsizliyin olduğunu bildirən məcburi köçkünlər,mənzinlərdən Rusiya, Bakı, Qazax qeydiyyatlı vətəndaşlara da “pay” düşüb. Qazax rayonunda mənzillərin bölüşdürməsi komissiyasının sədri Fərman Nağdəliyev, inzibati ərizi üzrə nümayəndə, İlqar Əliyevlə əlbir olaraq, mənzillərin bir çoxunu məcburi köçkün statusu olmayan şəxslərə veriblər. Şikayətçilərin Qazax rayon İcra Hakimiyətinin başçısı Ayaz Əsgərova etdikləri müraciət nəticəsiz qalıb. Ümumiyyətlə, İH başçısı məcburi köçkünlərin prablemləri ilə maraqlanmır. Rayonu öz şəxsi təsərrüfatı kimi idarə edir.İH başçısının qəbuluna yazılan vətəndaşlar,aylarla süründürməçiliyə məruz qaldıqlarından,bir daha başçının qəbuluna təkrar getməkdən imtina edirlər. Qruplaşmanın qanunsuz əməllərini ifşa edən məcburi köçkünlər,ölkə başçısından Fərman Nağdəliyevin, İlqar İsayevin hüquq mühafizə orqanları tərəfindən törətdikləri maxinasiyalara görə,hüquqi qiymət verilməsini və mənzillərin yenidən məcbüri köçkünlər arsında bölüşdürərək əsl sahiblərinə verilməsin tələb edirlər... Geri qayıt |