Əsas Səhifə > Cəmiyyət, Manşet > "Bunu heç Allah da götürməz"

"Bunu heç Allah da götürməz"


3-05-2016, 09:47
"Bunu heç Allah da götürməz"
DİA.AZ: - Füzulinin 2 saylı Zovcuq qəsəbəsi sakini ev 356-da məskunlaşmış məcburi köçkün, şəhid anası Məmmədova Tovuz Əli qızı DİA.AZ-a məktub yazıb.
Onun sözlərinə görə, bir qrup vəzifəli şəxs tərəfindən süründürməçiliyə məruz qalıb. “Düz iki ildir ki, müraciət edirəm. Ötür-ötürə salıb məni qəsdən süründürməçiliyə məruz qoyublar. Bu boyda da özbaşınalıq olmaz. Ali Məhkəmənin 07 yanvar 2014-cu il tarixli qərarı qanunsuz olaraq icra edilmir ki, buna görə məhkum oğlum Dünyamalıyev Oktay Yəhya oğlunun hüquqları pozulmuş, süründürməçiliyə məruz qalmışıq.

Belə ki, Alı Məhkəmənin 1(102)-14/2014 saylı 07 yanvar 2014-cü il tarixli qərarı ilə oğlum Oktay Yəhya oğlu Dünyamalıyevin kasasiya şikayəti qismən təmin edilmiş onun Azərbaycan Republikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət iişi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 02 iyul 2012-ci il tarixli qərarı dəyişdiririlib”, - deyə şikayətçi yazıb.

T.Məmmədova bildirib ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmündən maddi subut kimi tanınmış Nərimanov Rayon Polis İdarəsininin Maliyyə Plan Şöbəsinə təhvil verilmiş 3000 ( üç min ) ABŞ dollarınin dövlət nəfinə müsadirə edilməsi müddəalarının xaric edilməsi qət etilib:

“Ancaq buna baxmayaraq Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarı indiyə qədər qanunsuz olaraq icra edilməmişdir ki, bu ciddi saxtakarlıq qanunsuzluq faktıdır. Bir qrup vəzifəli şəxslər oğluma məxsus 3000 ABŞ dolları pulu mənimsəyib bizə qaytarmaq istəmirlər.Oğlum Oktay və mən bu barədə dəfələrlə müvafiq orqanlara ərizələrlə müraciət etsəkdə heç bir tədbir görülməmişdir.

Xahiş edirəm diqqət yetirin Ali Məhkəmə 07 yanvar 2014-cü il tarixli həmin qərarı icra edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərir, Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov isə Xətai rayon İcra şöbəsinə və Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mirata Seyidova məktub göndərib tapşırıq verir ki, Alı Məhkəmənin 07.01.2014-cü il tarixli qərarı təcili icra olunub Bakı Ağır Cinayətlər Məhkəməsinə məlumat verilsin.Xətai rayon İcra Şöbəsinin rəisi isə bildirir ki, Xətai rayon İcra şöbəsində belə bir icra sənədi yoxdur.

Həmçinin Nərimanov rayon İcra şöbəsi də eyni cavabı qeyd edir. Bu da onu deməyə əsas verir ki. həm Bakı Ağır Cinayətlər Məhkəməsi Ali Məhkəmənin 07.01.2014-cü il tarixli qərarının icra edilməsində acizdilər, həmçinin Xətai və Nərimanov rayon İcra şöbələri məhkəmə qərarını icra edə bilmirlər çünki oğluma məxsus 3000 ABŞ dolları pulu Nərimanov RPİ-nin rəisi mənimsəyib. Bu cinayət əməlidir ki, bir qrup vəzifəli şəxs törədib. Bu pulun onkoloji xəstə gəlinimin müalicəsi üçün yarısını bankdan kredit götürmüşdük və qalan hissəsini isə həyətimizin qoyunlarını satıb əldə etmişdik”.

DİA.AZ-a daxil olan məktubda daha sonra deyilir: “Bunu heç Allahda götürməz. Mən bu qanunsuzluq barədə Prezident cənab İlham Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Daxili İşlər NAziri cənab Ramil Usubova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə, Baş İcra Şöbəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ərizələrlə müraciət etmişəm. Ancaq heç bir tədbir görülməyib.Artıq bu barədə Mehriban xanım Əliyevaya müraciət etmişəm.İnanıram ki, Mehriban xanım bu qanunsuzluq faktının tezliklə aradan qaldırılıb pulumuzu özümüzə qaytarılmasına tapşırıq verəcək.
Mətbuat vasitəsi ilə də Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarını qəsdən icra etməyən və 3000 ABŞ dolları pulumuzu mənimsəmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz və müsadirəsi ləğv edilmiş 3000 ABŞ dolları pulumuzun özümüzə qaytarılmasını köməklik edəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt