Əsas Səhifə > Cəmiyyət, Manşet > Ramin Quluzadə yerli kadrları niyə sevmir...

Ramin Quluzadə yerli kadrları niyə sevmir...


10-05-2016, 10:01
Ramin Quluzadə yerli kadrları niyə sevmir...
Bir müddət əvvəl işdən çıxarılan Əli Abbasovu əvəzləyən Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qəribə islahatlar aparmağa başlayıb. JAM.AZ xəbər verir ki, köhnə nazirdən qalan işçilərin bir çoxunu yeniləriylə əvəzləyən nazir, başqa bir qəribə addım atıb.
Verilən məlumatda deyilir ki, Quluzadənin göstərişinə əsasən RYTN-də çalışan yerli mütəxəssislərin böyük əksəriyyəti işdən çıxarılıb və ya çıxarılmaq üzrədir. İşin maraqlı tərəfi odur ki, nazir onları digər yerli mütəxəssislərlə deyil, Türkiyədən çağırılmış və Türkiyə vətəndaşı olan şəxslərlə əvəzləyir.
Bu barədə JAM.AZ-a məlumat verən oxucularımızdan biri yazır ki, rabitə sektoru artıq böhran vəziyyətinə düşüb. «Rabitə biznes deyil. Hesab edirəm ki, rabitədən mütəxəssisləri qovub, onların yerinə Türkiyədən kimlərisə dəvət etmək, ağır nəticələrə səbəb olar. Rabitə sahəsindəki çatışmazlıqları elə bizim rabitəçilərimiz də aradan qaldıra bilər».
Qeyd edək ki, RYTN rəhbərinin belə bir addım atması qətiyyən anlaşılan deyil. Əvvəla, rabitə sektoru kifayət qədər stratejidir və burada kənar dövlətlərin nümayəndələrinin çalışması, hətta qardaş Türkiyənin mütəxəssislərinin işləməsi qəbul edilməzdir. Bu həm də mümkün sirlərin başqalarının əlinə keçməsi anlamı da daşıya bilər. Digər tərəfdən, Azərbaycanda rabitə sahəsində yetərli qədər bacarıqlı və peşəkar mütəxəssislər var. Onları Türkiyədən gəlmişlərlə əvəzləmək ədalətsizlik olardı.

Geri qayıt