Əsas Səhifə > Cəmiyyət, Manşet > Rövşən Bağırovun təhsildəki idarəetmə metodları...
Rövşən Bağırovun təhsildəki idarəetmə metodları...11-05-2016, 10:21 |
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov haqda ilginc məlumatlar yayılıb. Rayon sakinlərinin TİA.AZ-a verdiyi məlumata görə, son 6 ildə rayon təhsilinin vəziyyəti icra başçısı Rövşən Bağırov və Balaşirin Nəsirovun əməyinin nəticəsidir. Şikayətçilər qeyd edir ki, B.Nəsirovun pedaqoq təcrübəsi olmadığı halda bu vəzifəyə gətirilib: "Təhsil haqqında qanunun müddəlarına əsasən Təhsil şöbəsinin rəhbəri ən azı 5 il məktəb direktoru vəzifəsində işləməlidir. Amma Rayon İcra hakimiyyətinin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Balaşirin Nəsirov cəmi heç bir il məktəb direktoru işləməyib. Balaşirin Nəsirov Lerik Peşə məktəbində cəmi 7 ay direktor işləyib. Yaxşı, Təhsil haqqında qanunun müddəlarının kobud şəkildə pozularaq bu adamın Təhsil Şobəsinə rəhbər təyin olunmasına niyə dövlət strukturları göz yümür? Lerikdə hər hansı vəzifə bölgüsü aparılanda və yaxud da kimisə vəzifəyə təyin olunanda hökmən gərək Rayon İcra Başçısı Rövşən Bağırovun istəyi və əmri olmalıdır. Yəni bu hörmətli alicənaba yüz faiz "dəyməlisən”, yoxsa mümkün deyil. Rayonun təhsil sisteminin bu son 6 ildə biabırçı vəziyətə düşməsində Balaşirin Nəsirov qədər Rovşən Bağırovda günahkardı. Hətta Rayonda Balaşirin Nəsirovun vəzifəyə gəlmək üçün 40 min manat rüşvət verdiyi də deyilir. Son 6 ildə TQDK-nın açıqladığı nəticələrə görə, Lerik qara siyahıdadır. Qeyd edək ki, Balaşirin Nəsirov 1965-ci ildə Lerik rayonunun Mastail kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Əmək fəaliyyətinə 1983-cü ildə "1 May” sovxozunda fəhlə kimi başlayıb. 2010-cu ilin aprel ayından Lerik Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. 3-cü dərəcə dövlət qulluqçusudur. 1. 04.08.1985 - Lerik Rayon Rabitə Qovşağında əməliyyatçı 2. 01.04.1987 - "Sosialist Kubası” sovxozunda gözətçi və fəhlə 3. 15.10.1987 - Lerik Rayon İstilik Şəbəkəsində ocaqçı 4. 10.02.1988 - Livədirqə kənd səkkizillik məktəbində pioner baş dəstə rəhbəri 5. 03.05.1988 - Hamarmeşə kənd orta məktəbində pioner baş dəstə rəhbəri 6. 26.08.1988 - Mastail kənd orta məktəbində müəllim 7. 19.06.2009 - Lerik peşə məktəbinin direktoru vəzifələrində çalışıb. B.Nəsirovun rüşvət alması ilə bağlı yayılan iddialar ilk deyil. 2011-ci ilin mayında "Azadlıq” qəzetində bu barədə məlumat qeyd olunub. Xəbərə görə, Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxarıb. Yeni təyin edilən direktorların isə hər birindən 3 min manat alıb. Işdən çıxarmadığı orta məktəb direktorlarının isə hər birindən 500-1500 manat arasında pul alıb. O, hər ay guya qonaqları yola salmaq bəhanəsiylə 47 tam orta məktəb direktorunun hər birindən 50 manat, 40 əsas məktəb direktorunun hər birindən 30 manat, ibtidai məktəb direktorlarının hər birindən 20 manat pul alıb. Daha sonra rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib. Halbuki uşaq bağçalarının, demək olar, əksəriyyəti çox formal fəaliyyət göstərir. Bu uşaq bağçalarına verilən ərzaq və inventar pulunun əksər hissəsi həmin uşaq təşkilatına çatmamış mənimsənilir. Hər bağça qrupu üçün ayrılan 500 manat pulun necə xərcləndiyini bilən çətin tapılar. Bu isə bir ayda 5-6 min manat pul edir. Təhsil Nazirliyinin razılığı olmadan təkcə 2011-ci ildə Lerik rayonunda 25 müəllimi işə götürüb. O cümlədən, nazirliyin keçirdiyi test imtahanlarında lazımi qədər bal yığa bilməyən müəllimlər 3 min manat müqabilində Laman kənd məktəbinə müəllim təyin edilib. Mətbuat konfransında səsləndirilən ittihamlara Balaşirin Nəsirovun fikirlərini öyrənmək istəsək də, cəhdlərimiz səmərə vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |