Əsas Səhifə > Cəmiyyət, Manşet > 15 saylı “kalon”da rəis qiyama hazırlıq işləri görür

15 saylı “kalon”da rəis qiyama hazırlıq işləri görür


24-05-2016, 08:53
15 saylı “kalon”da rəis qiyama hazırlıq işləri görür
Əslən Şamaxı rayonundan olan cənab İlyas Səlimov, yəqin ki, çox düşünüb- daşınandan sonra, məhkumların hansısa bir işlə məşğul olmalarını nəzərə alıb və müəssisənin içərisində təndirlər də qoydurub Bir müddət bundan öncə 15 saylı cəzacəkmə müəssisəsinə yeni rəis təyin olunan cənab İlyas Səlimov, rəhbərlik etdiyi müəssisəni bu gün mövcud qanunlarla deyil, özünəməxsus bir formada idarə etməkdədir. Belə ki, o, cəzaçəkmə müəssisəsinin ərazisində olan ağacları yaz fəslinin gəlişindən başlayaraq, bu gün də budama adı ilə doğratmaqdadır. Kəsilmiş ağacları müəssisənin içərisində onsuz da heç bir standarta uyğun gəlməyən və iy-qoxu altında qidalanan məhkumlara məcbur etdirərək bir yerə yığdırır və onları istifadəyə verilmiş təndirlərin içərisinə toplatdırıb da, yandırmaqda davam edirlər. Qarşıdan gələn yay mövsümü zamanı məhkumlar yayın istisindən daldalanmaq üçün, yəqin ki, onlar olduqları baraqlarda oturmağa məcbur olacaqlar. Görünür cənab İlyas müəllim, əsəbləri kameralarda gərələn dustaqları belə bir yollarla qiyama hazırlayır. Əslən Şamaxı rayonundan olan cənab İlyas Səlimov, yəqin ki, çox düşünüb-daşınandan sonra məhkumların hansısa bir işlə məşğul olmalarını nəzərə alıb və müəssisənin içərisində təndirlər də qoydurub. Bu gün dədə- baba qaydası ilə təndir çörəyi yapdırıb satdıran rəis, hələ üstəlik həmin təndirlərdə alış qiyməti 1 manat 80 qəpiyə olan broyler cücələrini bişirtdirir və bir ədədini də imkanı olan dustaqlara 7 manata satdırır. (Kişi əsl biznesmendir) Buna deyərlər “qaz vur, qazan doldur”. Cəzaçəkmə müəssisəsində olan 900-ə yaxın olan məhkumdan hardasa yüzünün yanına yaxınlarının gəlibgedəcəyini nəzərə alsaq, digər məhkumların umsunacağından ehtiyat etməyən İlyas Səlimov, müəssisəni Azərbaycan qanunvericiliyi ilə deyil, öz qanunları ilə idarə etməsi, bir daha onun Əlixan Hüseynovla əlbir olmasından xəbər verir. Yeri gəlmişkən ölkənin birinci xanımı, MM-in deputatı Mehriban xanım Əliyevanın aministiya ilə bağlı təklifi, əgər MM tərəfindən qəbul olunarsa, yəqin ki, o halda müəssisənin "zampolit"i Camal müəllimin də bəxti gətirəcək. Ötən saylarımızda onu da qeyd etmişdik ki, "zampolit" Camal müəllim məhkum Yusif İbrahimovun azadlığa çıxmasına təqribən 4-5 ay qalmış, ondan aldığı 4 min manatın hələ də 3400 manatını geri qaytarmayıb. Düzdür, yaşanan problem 15 saylı cəzaçəkmə müəssisəsinin adı ilə bağlı olduğundan, atılan addım təkcə Camal müəllimə deyil, bütövlükdə Pentesiar Xidmətin adına sanki bir ləkədir. Yəni, məhkum Yusif İbrahimovun üz-üzə qaldığı olay, eyni zamanda Camal müəllimin atdığı addım, bu gün 15 saylı cəzaçəkmə müəssisəsində nələrin yaşandığını bir daha sübut etməyə tam əsaslar verir. Müəssisənin rəhbəri İlyas Səlimov isə, məhkumu qəbul edəcəyi vədini versə də, hələ ki, ortada heç bir nəticə yoxdur. Görünür müəssisənin rəhbərliyi amnistiyanı gözləməyə üstünlük verir.

Geri qayıt