Əsas Səhifə > Cəmiyyət, Manşet, foto > Ağdamın icra başçısının başı qalmaqalda...

Ağdamın icra başçısının başı qalmaqalda...


26-05-2016, 09:42
Ağdamın icra başçısının başı qalmaqalda...
Ağdam rayonundan məcburi köçkün, hazırda müvəqqəti olaraq Bakının Səbail rayonu, Q.Abbasov küçəsi 9, ev 3-də məskunlaşan Bəxtiyar Israfilov mətbuata müraciət edib.
JAM.AZ xəbər verir ki, Prezident Ilham Əliyev və əksər güc strukturlarına üz tutan şikayətçinin müraciətində deyilir ki, 16-17 aydır ki, ondan daş üzlük, mişar daşı alan və bu günə qədər pulunu verməyən Ağdam icra başçısı Raqub Məmmədovdan şikayətçidir. “2014-cü ildə icra başçısının qardaşı, hazırda Yevlaxda polis idarəsində işləyən Şahin Məmmədovla görüşdük. Şahin mənə dedi ki, Raqub müəllim rayonumuzda abadlıq işləri aparır və Bakıda məcburi köçkünlər üçün yeni tikilmiş Müşfiqabad qəsəbəsində Ağdamdan olan məcburi köçkünlər üçün xeyir-şər evi tikdirəcək. Odur ki, ona mişar daşı, üzlük lazımdır. O, həmin malları bazar qiymətindən aşağı satmağı təklif edəndə ona imkanım daxilində bunu edəcəyimi söylədim. Sonra daş üzlüyün 3 növünü gətirib göstərdim. O da birini bəyəndi və qiymətini soruşdu. Daş üzlüyün 1 kv.m 16 manata, mişar daşını isə 0.33-0.40 manat arası satacağımı dedim. Razılaşmadan sonra Şahin bildirdi ki, materialları göndərəndən sonra Raqub müəllim hamısının pulunu ödəyəcək. Mən də onlara inanaraq malları göndərdim. Quzanlı qəsəbəsinə göndərdiyim materialların, Raqub Məmmədovun mənə borcu on iki min doqquz yüz altmış manatdır. Ona bu qədər vəsaitə inşaat materialları göndərsəm də, bu günə qədər pulunu ala bilmirəm. Dəfələrlə icra başçısıyla görüşmüşəm, o isə gözləməyi bildirib. Axırıncı dəfə 2016-cı ilin aprelində Quzanlıya getdim. Onunla görüşmək istəsəm də, məni guya tanımadı. Küçədə bir nəfərlə söhbət edən icra başçısı hirslə məni tanımadığını və konkret olaraq pul verməyəcəyini dedi.
Qardaşı Şahin isə mayın 20-də mənə zəng edərək ünvanıma təhqiramiz küçə söyüşləri dedi. O, məni məhv edəcəyini, şikayət edəcəyim təqdirdə heç kimdən çəkinmədiyini söylədi. Prezident Ağdamın inkişafı üçün milyonlarla pul ayırıb. Icra başçısı isə dövlətdən rayonumuza ayrılan pulları bu yolla oğurlayır. Xahiş edirəm, mənim yaşlı və məcburi köçkün olmağımı nəzərə alıb Raqub Məmmədovdan pulumun mənə qaytarılmasına göstəriş verəsiniz”.
Deyilənələrə görə, bu Ağdamın icra başçısının ilk “işi” deyil. Onun daha bir neçə nəfərə qarşı by şəkildə davrandığı vurğulanır. Bu əsnada, JAM.AZ xəbər verir ki, Raqub Məmmədovun da adı qarışmış bir qalmaqal artıq yoldadır. Çünki rayonda icra başçısıyla əlbir olaraq, 3 nəfər yerli idarə və müəssisə rəhbrələri, habelə imkanlı adamlardan pul alaraq vəzifəyə gətirəcəkləri barədə səs-küy qalxıb. Ortada isə 500 min manatlıq bir dələduzluğun olduğu deyilir. Hazırda məsələni araşdırırıq. Yaxın günlərdə geniş məlumat verəcəyik.

Geri qayıt