Əsas Səhifə > Cəmiyyət, Manşet > Heydər Əsədov ətrafına imicmeyker toplayır?

Heydər Əsədov ətrafına imicmeyker toplayır?


26-07-2016, 10:06
Heydər Əsədov ətrafına imicmeyker toplayır?
Azərbaycanda taxıl istehsalının əvvəlki illərlə müqayisədə xeyli artacağına dair proqnozlar deyəsən özünü doğrultmur.Jurnalistlərə verdiyi açıqlamada kənd təsərrüfatı nazirinin müavini İham Quliyevin sərgilədiyi optimist yanaşma taxılçılıqda bol məhsul yetişdiriləcəyinə böyük ümidlər verirdi. Hər halda, ölkədə taxıl istehsalının həcmi barədə məlumatların imkan düşdükcə şişirdilməsini göz önünnə gətirərək pozitiv, lakin ehtiyatlı proqnozlara inanmalıyıq. Mütəxəssis hesablamalarına görə ölkədə taxıla olan illik tələbat 3 milyon tondur. Təkcə ərzaq buğdasına olan tələbat isə ildə təxminən 2 milyon tona yaxındır. Lakin aqrar sektorun rəhbərliyi "nazir dəyişdi-problem qaldı" prinsipi ilə işləməkdə davam edir. İşin qəmbərqulusu çıxıb, deyəsən.. Belə situasiyada daha çox kənd təsərrüfatı naziri Heydər Əsədovun nüfuzuna xələl dəyir.Aqrar sektorun "ağası" əslində imicinin üzləşdiyi deformasyalardan bəlkə də, xəbərsizdir. Ola bilsin, cənab nazirin ətrafındakı canlı "peyklər" onun performansı üçün dəridən-qabıqdan çıxaraq yeni bir obraz üzərndə səxavət və uğurla işləməyə nail olublar. "Aqrarkredit" və "Aqrolizinq" kimi mühüm təşkilatların isə aqrar sahənin inkişafına verdiyi töhfələrin də süni bahalaşması sanki əlaqədar qurumların nəzarətindən çıxıb. Lakin bu da son deyil. Dövlət rəhbərliyi aqrar sektorun inkişafına qoyulan sərmayələrin necə deyərlər, ən yaxın illərdə bir nəticə verəcəyinə ümidlidir. Heydər Əsədov həmin ümidləri doğrulda bilməsə, əməllərinin bədəlini ödəməli olacaq. Yaxşı yadıma düşdü. Yan-yörəmdə yalan ayaq açıb yeriyəndən gözümün işığı gedib. İndi o işığı qaytarmağın yolunu bilmirəm. Hələliksə, ölkəmizin sabahına Fatmanisə bibimin gözlüyü ilə baxıram. Mən dəvəsi ölmüş sitəmkar fermer onsuz da təndir çörəyinə həsrətəm. Axırıncı dəfə təndir çörəyini nənəmin əlindən qapıb qaçmışam uşaq vaxtı. İndi o çörəyin ətrini bircə dəfə ciyərlərimə çəkə bilsəydim, xoşbəxt olardım, dayı canı. Nənəmin təndirində kütə getmiş arpa çörəyinin dadı hələ də damağımdadı. Naşükürlük olmasın, banan qutularında mağazalara dübarə səyahət edən sex çörəyi də çörəkdi?.. Nə isə, taxıldan danışanda əlbəttə ki, sözü sonda çörəyə calamalısan ki, bolluq olsun. Adamların inancdan yayındığı çətin zamanda bunu hansısa hikmətə bağlamaq olmur. Bu yaxınlarda eşitmişəm ki, hansısa ölkənin naziri çiyninə yapıncı atıb, əlinə murdaça çomağı götürüb qoyun otarmağa meyil salıb. Deyirlər, öz ətrafını da bu adam elə əlindəki çomağı ilə qorxudur. Vay o kəslərin halına ki, çomağa tuş gələ. Düzdü, eşitdiyimə görə bizim oliqarxların ucsuz-bucaqsız küdrü çöllərində çoxlu mal-qarası, qoyun-quzusu, hətta it ilxısı-köpək sürüsü var, di gəl ki, özləri otarmağa xəcalət çəkir. Bu əmmalı-əmmaməsiz feodal əmilər sürülərini icra başçısı tapdıq çobana tapşırıblar. Xəcalətini isə çomağın xofundan şəkər tapmış millətin alnına yapışdırıblar.Demək, nə qədər ki, aqrar sektorda inhisarçılıq hökm sürür, onun inkişafından danışmaq mümkün olmayacaq. Bu mənada, ölkə rəhbərliyinin oliqarx məmurlar tərəfindən zəbt olunmuş torpaqların alınaraq əsl sahiblərinə qaytarılması barədə göstərişləri fermer təsərrüfatlarının canlandırılmasına müsbət təsir göstərəcək.

Geri qayıt