Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu həkimlərin Allahı yoxdurmu?
Bu həkimlərin Allahı yoxdurmu?3-08-2016, 10:37 |
“Qızım Aynurə Abdullayeva 6 aylıq hamilədir və çox ciddi xəstəliyi var. Həmişə uşaq 6 aya çatıb 7 ayı tamam olanda uşağı qalmır və ölür. İndi də qızımın qadınlıq orqanına su yığılıb. Qızım Sabunçudakı 3 saylı şəhər xəstəxanasında qeydiyyatdadır. Həkimi də Mehman həkimdir. Mehman həkim isə Türkiyədədir. Bu gün qızımla xəstəxanaya getdik. 3 saylı xəstəxananın doğum şöbəsinin müdiri Arzu həkim mənə dedi ki, çıxın gedin “Oksigen” klinikasına. Mən də dedim ki, axı qızımın vəziyyəti ağırdır. Bizim imkanımız yoxdur özəl klinikaya getməyə. Arzu xanım isə dedi ki, biz xəstəni qəbul edə bilmərik. Bizi xəstəxanaya qəbul etmədilər. İndi də qızım evdədir. Vəziyyəti çox pisdir, bədəninə su yığılıb. Hər an ölə bilər”. Bu sözləri Modern.az-a Xırdalanda müvəqqəti məskunlaşan, Kəlbəcər rayonundan məcburi köçkün olan Əlifova Brilyant Sabunçu rayon 3 saylı şəhər xəstəxanasında şikayət edərkən deyib. Şikayətçi bildirib ki, qızının vəziyyəti çox pisdir, hər an 6 aylıq uşaq qarnında ölər, qızın da qanına zəhər keçər: “Ən çox qorxduğumuz odur ki, qızımın qarnındakı uşaq öləcək və qızımın qanına zəhər keçəcək. Təzyiqi də qalxıb. Vəziyyəti çox pisdir. Biz neyləyək axı? Qalmışıq çarəsiz ? Qızım indi evdə pis vəziyyətdədir. Hər an qanaxma ola bilər. Uşaq qarnında ölsə zəhərlənmə bədəninə keçəcək özü də öləcək. Dərmanlar atmaqdan halı pisləşir. Şok yarana bilər. Qalmışıq çarəsiz, heç bir köməyimiz yoxdur.”-deyə o qeyd edib. Məsələ ilə bağlı 3 saylı şəhər kliniki xəstəxananın doğum şöbəsinin müdiri ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Geri qayıt |