Əsas Səhifə > Cəmiyyət, Manşet > Lənkəranskinin yasına vertolyotla gələn kim olub?

Lənkəranskinin yasına vertolyotla gələn kim olub?


24-08-2016, 10:21
Lənkəranskinin yasına vertolyotla gələn kim olub?
Rövşən Lənkəranskinin hüzr mərasimi keçirilən günlərdə Lənkəran aeroportuna bir vertolyot eniş edib. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, vertolyotla gələn şəxs məşhur kriminal avtoritetin yasında iştirak edib.
Yerli sakinlərin şahidliyinə görə, Kiçik bazar məhəlləsində keçirilən yas məclisinə nüfuzlu bir şəxs daxil olmayıb. Sadəcə, mərhumun yaxınlarına başsağlığı verərək yarım saat sonra oranı tərk edib.
Elə həmin gün vertolyot yenidən Lənkəran səmasına qalxıb və geriyə dönüb. Bu şəxsin kimliyi haqda səhih bilgilər açıqlanmır. Bəzi iddialara görə, yas mərasimində iştirak edən şəxs general rütbəli azərbaycanlı nazir olub.
Ancaq bu versiya təsdiqlənmir və naziri görənlər olsaydı sosial şəbəkələrdə xəbərlər tirajlayar, kimsə xəlvətcə şəklini çəkərdi.
İkinci ehtimal isə ondan ibarətdir ki Lənkəranskinin yas mərasiminə gələn şəxs tanınmış avtoritetlərdən olub və gözə görünmədən mərhumun ailəsini ziyarət edərək şəhəri tərk edib.
Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Lənkəranda saysız-hesabsız bahalı avtomobillər yas məclisinin keçirildiyi ərazidə görmək olar. Onların əksəriyyəti avqustun 22-də Lənkərandan gedib.
Qeyd edək ki, Rusiya mətbuatı Rövşən Lənkəranskiyə qarşı sui-qəsdin səbəblərinə dair iddia irəli sürüb. Məlumata görə, Lənkəranski Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun həbsindən sonra yaranan kriminal müharibənin qurbanı olub.
Rövşən avtomobili ilə görüşə gedərkən güllələnib. 2016-cı ildə Rusiya mafiyasının “bütün bossların bossu” adlandırdıqları Kalaşovun həbsindən sonra onun rəqibləri Merab Djanqveladze və Rövşən Canıyev aktiv fəaliyyətə başlayıblar.
Xüsusilə də, öz təşəbbüsləri ilə Şakro Molodoyun Ded Xasan və Tariel Onian arasındakı münaqişə ilə əlaqədar “vorzakon” tituluna qoyduğu qadağanı ləğv ediblər. Canıyev məhz bu fəaliyyətin qurbanı olub.

Geri qayıt