Əsas Səhifə > Cəmiyyət, Manşet > Tahir Kərimova ŞOK ZƏRBƏ
Tahir Kərimova ŞOK ZƏRBƏ26-08-2016, 11:09 |
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimov hələ vəzifədə olarkən oğlu Həmzə Kərimovla bağlı qalmaqallı məsələlər medianın gündəminə gəlirdi. Həmin məlumatlarda qeyd olunurdu ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun nurçularla əlaqələri var. Həmçinin Həmzə Kərimovun Rumıniyadakı səfirliyimizlə kəllə-kəlləyə gəlməsi barədə də məlumat yayılmışdı. Qeyd edək ki, 2013-cü ildə “Yeni Müsavat”da “Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı” başlıqlı yazıda isə bildirilirdi ki, Eldar Həsənov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla yola getmədiyi üçün bu ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb. Yazıda qeyd edilirdi ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə bildiyi kimi fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Səfir də bu məsələyə heç də müqavimətsiz dayanmayıb, Həmzə Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib. Bildirək ki, Tahir Kərimov vəzifədə olduğu müddətdə oğlu haqda mətbuatda yayılan məlumatların qarşısını bir sıra üsullarla ala bilirdi. Lakin o icra başçısı postundan kənarlaşdırıldıqdan sonra oğlu haqda bir-birindən ilginc informasiyalar yayılmağa başlayıb. Özəl mənbələrdən gundelik-baku.com-a daxil olan məlumatlarda isə qeyd olunur ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun adı qalmaqallı cinayət işinə qarışıb: «Belə ki, sabiq icra başçısının oğlu Həmzə Kərimov, eləcə də Tahir Kərimovun baldızı oğlu Bayram adlı şəxs və 2 Rumıniya vətəndaşı SOCAR-la əlaqəli olan xarici şirkətlərlə əlaqəyə girərək maxinasiyalara imza atıblar. Deyilənə görə, bu əməliyyatın nəticəsində 38 milyon mənimsənilib. Mənimsəmə faktı ilə bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vətəndaş həbs olunub. Həmzə Kərimovun isə Azərbaycana qaçdığı bildirilir. Həmçinin Tahir Kərimovun digər oğlu Tural Kərimov da bu yeyintidə ittiham olunaraq iyun ayının 28-də Rumıniya polisi tərəfindən həbs olunub. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vəkil tutaraq işin ört-basdır edilməsinə çalışır. Mənimsənilən pulun Həmzə Kərimova düşən hissəsi- 19 milyondan çoxu Tahir Kərimov tərəfindən ödənilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq məmurun oğlu SOCAR-ın adından götürdüyü pulları öz işlərinə sərf edib». Məlumatlı mənbə vurğulayır ki, SOCARı-n Rumıniyadakı nümayəndəliyinin rəhbəri mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, onun xaricdən Azərbaycana dərman preparatları idxal etdiyi də yayılan məlumatlar arasındadır. Mənbəmiz vurğulayır ki, Tahir Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsilə ölkə daxilində biznes imperiyası yaradıb. Nəzərinizə çatdıraq ki, Həmzə Kərimovun ortaqlarından birisə milliyyətcə erməni olan Nersesyan Eduard (Edik-red) adlı şəxs olub. Əldə olunan gəlirlərin çox hissəsini Həmzə Kərimov İrəvanda biznes açmaq üçün Nersesyana verib. Bu isə ən böyük cinayət hesab olunur. Bundan başqa, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir. Məlumatlardan belə aydın olur ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları var. Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Tahir Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da sabiq məmur tərəfindən ələ keçirildiyiə dair iddialar var. Rumıniyada baş vermiş qalmaqallı cinayət hadisəsi ilə bağlı Tahir Kərimovun münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Onu tapa bilmədik. İddialara əsasən, sabiq icra hakimi vəhhabilərlə bir yerdə gəzir və son günlər saqqallı gəzir. 38 milyonluq yeyinti faktı ilə bağlı gundelik-baku.com-a yeni və sensasion sayıla biləcək məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, bu cinayət hadisəsi ilə əlaqədar olaraq Tahir Kərimovun daha bir oğlu Rumıniya polisi tərəfindən saxlanılıb. Mənbəmiz deyir ki, aşkara çıxarılan yeyinti faktı artıq SOCAR rəhbərliyinə də çatıb və yaxın günlərdə şirkətin bu ölkədəki nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun yerinə başqası təyin edilə bilər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yeni bilgilər əldə edən kimi sizlərlə də paylaşacağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Geri qayıt |