Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağdamda xəstələndin... ölümü göz önünə al!

Ağdamda xəstələndin... ölümü göz önünə al!


27-08-2016, 11:59
Ağdamda xəstələndin... ölümü göz önünə al!
Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev ağdamlıları narazı salıb. Buna səbəb isə onun atdığı bir sıra addımlar və etdiyi hərəkətlərdir. Baş həkim Bəxtiyar Haqverdiyev təyinat aldığı ilk gündən “ixtisar” adı altında narazılıq yaratmağa başlayıb. Qəbələ Diaqnostika Mərkəzində baş həkim işləyərkən vətəndaşları süründürməçiliyə saldığına, rüşvət almaqda ittiham olunmaqla, çox rüsvayçı şəkildə həmin işindən uzaqlaşdırılmış Bəxtiyar Haqverdiyev bu vəzifəyə təyin olunduğu qısa müddət ərzində çox ciddi narazılıqların, ciddi şəkildə ixtisarların, dərman çatışmamazlığına etirazların meydana gəlməsini bildirən mənbə,həmin ixtisar etmələrin də yenidən bərpa olunmaq adı ilə həmin şəxslərdən rüşvət alınması məqsədilə edildiyini bildirir. Artıq yenidən bərpa olunmaq üçün bir neçə keçmiş işçidən pul alınması qeyd olunur. Həmin bərpa olunmuş və olunacaq şəxslərin də siyahısını növbəti yazılarımızda dərc edəcəyik. “Gundelik-Baku.com” xəbər verir ki, son günlər bəzi mətbu orqanlarda səhiyyə şöbəsinin müdiri Bəxtiyar Haqverdiyevlə şöbənin rəhbər şəxslərindən olan Xətai Abdullayev arasında qarşıdurma yaranması haqda məlumatlar gedib.Səbəb kimi isə baş həkimin qanunazidd əməlləri göstərilir. Şöbə müdirinin heç bir normaya sığmayan idarəçiliyinə etiraz edən Xətai Abdullayev baş həkimin qəzəbinə tuş gəlib... Baş həkim Xətai Abdullayevi vəzifəsindən kənarlaşdırmağa cəhd etsə də, buna nail ola bilməyib. Məlumatlı şəxsin bildirdiyinə görə, Xətai Abdullayev savadlı və sözünü deməyi bacaran şəxslərdəndir. Onun mərhum atası Fahin Abdullayev uzun müddət Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsinin müdiri olub. Ağdamda hər kəs mərhum Fahin Abdullayevi haqqı-nahaqqa verməyən şəxs kimi xatırlayır. Elə Xətai Abdullayev də mərhum atası kimi əqidəli tanınır. Məhz bu səbəbdən də səhiyyə şöbəsinin müdiri Bəxtiyyar Haqverdiyevlə aralarında narazılıq yaranıb. Xətai Abdullayev baş həkimin şöbədə apardığı haqsız kadr ixtisarlarına etiraz edib. Təəssüf Biz isə Ağdam kimi böyük bir rayonun səhiyyə şöbəsinin müdirinin bəzi “incə” məlumatlarla birlikdə, maliyyə əməliyyatlarına da aydınlıq gətirməsini istərdik. Məsələn, Bəxtiyar Haqverdiyevin Qəbələ rayonundakı işindən hansı səbəbdən uzaqlaşdırılmasına, Ağdam rayon Mərkəzi Xəstəxanasının cari təmiri, avadanlıqlar, inventarlar, dəftərxana və təsərrüfat malları, maşın və avadanlıqların satın alınması məqsədilə Niyazi Azay oğlu Kərimova məxsus , Ağdam rayon Quzanlı qəsəbəsində qeydiyyatda olan “Azər-inşaat-2012” MMC-lə apardığı maliyyə əməliyyatlarına aydınlıq gətirməsi vacibdir. Ən azı yazılmış qanunlara görə. Biz isə Ağdam rayon səhiyyə şöbəsinin baş həkiminin cavablandırmaqdan yayındığı detalları araşdırmağa qərarlıyıq. Həm də Maliyyə Nazirliyinin bu yaxınlarda Ağdam rayon Səhiyyə Şöbəsində hansı maliyyə çatışmamazlıqlarını üzə çıxarması ilə bağlı məqama da aydınlıq gətirməyə çalışacağıq. Sonda onu da qeyd edək ki, Bəxtiyar Haqverdiyev xələfi Gülnar Abbasovaya qarşı qara piar aparmaqda hamısi və təyinatında başlıca rol oynamış icra başçısı Raqub Məmmədovla əlbir olub. Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktları Gülnar Abbasovanın ayağına yazdılar. Bəlkə də bu faktlar vardı. Amma hazırkı səviyyədə yox.

Geri qayıt