Əsas Səhifə > Cəmiyyət, Manşet > Böhran daş karxanalarını da vurdu

Böhran daş karxanalarını da vurdu


5-09-2016, 10:06
Böhran daş karxanalarını da vurdu
Bu günlərdə vergi orqanları fəaliyətini dayandıran kariyer sahiblərinə minnətçi düşüb. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, son bir ildə baş verən ardıcıl devalivasiya və iqtisadi böhran nəticəsində bir çox obyektlərin bağlanması vergi yığımına mənfi mənada ciddi təsir etdiyi üçün, bəzi yerli vergi orqanları fəaliyyətini dayandıran obyektlərə müraciət edərək onları fəaliyyət göstərməyə səsləyib. İlk növbədə Qaradağ-Güzdək ərazisində fəaliyyətini dayandırmış daş kariyerlərin sahiblərnə müraciət edən vergi əməkdaşları bildirib ki, sahibkarlar vergidən narahat olmaya bilər. "Vergiyə nə istəyirsiniz verin, yetər ki, karyerləri işlədin” deyən vergi əməkdaşları bunun üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, sözügedən kariyerlərin bir çoxunun öz fəaliyyətini dayandırmasına səbəb məhz yüksək vergilər, habelə bəzi vergi əməkdaşlarının özbaşınalığı olub. Lakin görünür, büdcəyə daxil olan vəsaitlərin kəskin şəkildə azalması onları kariyer sahiblərinə yenidən müraciət etmək məcburiyyəti qarşısında qoyub ki, məqsəd kariyerlərin fəaliyyətinə nail olmaq və vergi yığımını yüksəltməkdir.
24saat.org

Geri qayıt