Əsas Səhifə > Cəmiyyət, Manşet > Sabunçunun "kor xəlifəsi"...
Sabunçunun "kor xəlifəsi"...10-09-2016, 10:42 |
Sabunçu rayonunun icra başçısı Adil Vəliyev barədə növbəti ilginc faktlar üzə çıxıb. Adil Vəliyevin bahalı avtomobil kolleksiyası ilə bağlı video fakt sosial şəbəkələrdə paylaşılıb. Ayda 1000 manat maaş alan icra başçısının bu cür bahalı maşınları hansı pulla alması da ciddi sual doğurmaya bilməz. Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobillər var. DİA.AZ xatırladır ki, bu günlərdə Bakı metropoliteninin keçmiş şefi Tağı Əhmədov şok faktlar açıqlayaraq bildirdi ki, ləğv edilmiş MTN-nin quldur generallarından olan Akif Çovdarov da ondan ilk əvvəl 1 milyonluq maşın istəyib və verməyəndə yaxınları həbs olunub ki, bundan sonra da sabiq Metropoliten şefi 3 milyon verərək canını qurtarmalı olub. İndi isə Adil Vəliyevin maşınları diqqət mərkəzindədir. Hər halda, Akif Çovdarovun nədən Adil Vəliyevi - birbaşa olaraq maşın biznesi ilə məşğul olan Sabunçu RİH başçısını qoyub Tağı Əhmədovdan maşın istəməsi müəyyən şübhələrə gətirib çıxarır. Amma burada şübhəli heç nə yoxdur və bu barədə yaxın vaxtlarda şok faktları açıqlayacağıq. Çünki elə Adil Vəliyev də zamanında sabiq MTN-çilərin himayəsi altında olub. Bu barədə daha geniş materialımız olacaq. Bizi izləyin... DİA.AZ olaraq indi isə savash.org-a istinadən icra başçısının sahib olduğu, həmin bahalı maşınlar kolleksiyasından hazırlanan video- sujeti təqdim edirik: Geri qayıt |