Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Tağı Əhmədovun 2014-cü ildə evini MTN yandırıb?

Tağı Əhmədovun 2014-cü ildə evini MTN yandırıb?


19-09-2016, 09:39
Tağı Əhmədovun 2014-cü ildə evini MTN yandırıb?
MTN-nin həbsdə olan “Qanlı Generalı” Akif Çovdarovun cinayət işi üzrə zərərçəkənlərdən biri olan Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə il əvvvəl yanan evi ilə bağlı yenidən araşdırma başlayıb.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə bildirilir ki, Tağı Əhmədov 2014-cü ildə mənzilinin yanması faktı ilə bağlı yenidən təhqiqat aparılmasını istəyib. Buna səbəb isə onun yanğını MTN tərəfindən törədilməsinə dair bu yaxınlarda əldə etdiyi bəzi informasilar olub. Mənzilinin MTN rəhbərliyi, özəlliklə Akif Çovdarov tərəfindən yandırılması iddiasınl ortaya qoyan Tağı Əhmədov olayın araşdırlmasının onun üçün prioritet məsələ olduğunu yaxınlarına deyib.
Xatırladaq ki, 2014-cü ildə “Sahil” Ticarət Mərkəzinin üst qatında yerləşən yaşayış mənzildə baş verən yanğın zamanı sabiq metropoliten rəisinin nəvəsinin də həyatına təhlükə yaranıb.

Tağı Əhmədovun 2014-cü ildə evini MTN yandırıb?

Geri qayıt