Əsas Səhifə > Cəmiyyət, Manşet > MTN-nin həbsdəki generalı hücuma hazılaşır

MTN-nin həbsdəki generalı hücuma hazılaşır


22-09-2016, 08:59
MTN-nin həbsdəki generalı hücuma hazılaşır
Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin sabiq rəisi, genral Elçin Quliyev müdafiə taktikasında dəyişiklik edib. Gununsesi.info-nun xəbərinə görə, əvvəllər istintaqla əməkdaşlıqdan imtina edən Elçin Quliyev məhkəməsi ərəfəsində ciddi müdafiəyə hazırlaşır. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Elçin Quliyev müdafiəsinə yeni vəkillər qoşub.
Xatırladaq ki, həbsinin ilk dövrlərində istintaqa ifadə verməkdən çəkinən Elçin Quliyev hətta məhkəməyə çıxacağı gün özünü öldürəcəyi hədəsi ilə istintaqı şantaj edib. Görünür, onun fikrini dəyişməsinə səbəb son günlər həbsdəki digər həmkarı Akif Çovdarovun fəallaşmasıdır. “Qanlı general”ın hədə dolu bəyanatları, Elçin Quliyevi də ruhlandırıb. Ancaq bütün hallarda onların nə danışmasından asılı olmayaraq, ortalıqda sensasion cinayətləri var. Nazir Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin əsas simaları olan Elçin Quliyev və Akif Çovdarov ölkədə yüzlərlə günahsız insanın həyatını məhv ediblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham irəli sürülüb.

Geri qayıt