Əsas Səhifə > Cəmiyyət, Manşet > Fətullah Gülənin güdazına gedir...
Fətullah Gülənin güdazına gedir...20-10-2016, 10:19 |
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Bank Standard”ın lisenziyasının ləğv etməsi qərarı bamk sektorunda ajiotajla müşaiyyət olundu. Artıq əmanətçilər bir-neçə bank (Kapital bank, Beynəlxalqbank, Paşabank və başqa yüksək vəzifəli şəxslərin sahibi olduğu banklar) istisna olmaqla istənilən bankın fəaliyyətinin dayandırılacağını gözləyirlər Cumhurriyyet.az-a daxil olan məlumatlara görə, yaxın günlərdə bağlanacaq banklardan biri də “Yapı Kredi Bank Azərbaycan” ola bilər. “Yapı Kredi Bank Azərbaycan”ın bağlanması səbəbləri barədə danışan mənbə cumhurruyyet.az-a bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına bu barədə göstəriş veriləcək. Belə ki, Türkiyədə uğursuz hərbi çevriliş cəhdində ittiham olunan FETÖ lideri Fətulla Gülənə bağlı olduğu iddia edilən “Yapı Kredi Bank Azərbaycan”in son aylar əməliyyatları da kəskin azalıb. Buna səbəb FETO-ya bağlılıq söz-söhbətlərindən dolayı “Yapı Kredi Bank Azərbaycan”ın müştərilərini başqa seçim etmək zərurəti ilə üz-üzə qoyması olub. Mənbə bildirir ki, bankın Azərbaycanda fəaliyyət göstərfdiyi müddət ərzində bütün əməliyyatları araşdırılıb. Bank üzəindən əməliyyat aparan iş adamları, konkret FETO təşkilatına bağlı olan sahiblarların əksəriyyəti bunların üzərindən ifşa olunub. Türkiyədəki məlum cevriliş cəhdindən sonra FETO-çu iş adamları ifşa olmamaq üçün bankla əlaqələrini kəsiblər. Lakin bu bankın diqqət mərkızinə düşməsinin qarşısını almayıb. Belə ki, Türkiyədə FETO-nun ifşa olması istiqamətində aparılan araşdırmalar “Yapı Kredi Bank Azərbaycan”ın da Gülən şəbəkəsi ilə bağlılığını ortaya qoyub. Ankaradan Bakıya göndərilən məlumatlarda bankın adı qırmızı xəttlə qeyd olunub. Bütün bunlar haqda danışan məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Azərbaycan hakimiyyəti bankın əməliyyatlarını araşdırıb və Ankaradan göndərilən məlumatların düzgünlüyünı əmin olub. Bununla belə hakimiyyət “Yapı Kredi Bank Azərbaycan”la bağlı son qərarı verməyə tələsmir. Ancaq Türkiyədə Ərdoğan hakimiyyətinin FETO-nu tamam sıradan çıxarmaq üzrə olması onu deməyı əsas verir ki, hakimiyyət Ankaranın maraqlarına uyğun olaraq “Yapı Kredi Bank Azərbaycan”ı ləğv edəcək. Qeyd edək ki, məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda mediada yer alan maraqlı məlumatlara da rast gəldik. Həmin məlumatlarda deyilirdi ki, “Yapı Kredi Bank Azərbaycan”ın aktivlərinin əsas hissəsi Fətulla Gülən şəbəkəsinin nəzarəti altındadır və uzun illərdir ki, Gülən şəbəkəsi bu bank vasitəsi ilə özlərinin qaranlıq maliyyə əməliyyatlarını həyata keçirirlər: “Təqribən 7-8 ildir ki, “Yapı Kredi Bank Azərbaycan”ın özək kadrları Fətulla Gülən şəbəkəsinə daxil olan şəxslərdən ibarətdir. “Yapı Kredi Bank Azərbaycan”ın baş ofisində və filiallarında çalışan aparıcı mütəxəssislərin böyük əksəriyyətinin isə Elnur Aslanovun və Ceyhun Osmanlının təqdimatları və tapşırıqlarına əsasən işə alındıqları bildirilir. Qeyd edək ki, Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, Gülənçi şəbəkənin Azərbaycanda əsas fiqurlarından biri olması ilə əlaqədar vəzifədən alınan və bir müddət əvvəl ölkəni tərk etməsi ilə bağlı məlumat yayılan Elnur Aslanov və “İrəli” Gənclər Təşkilatının sabiq sədri, sabiq deputat, Ceyhun Osmanlı Gülənçi şəbəkənin Azərbaycandakı əsas liderləri olaraq bilinir. Elnur Aslanovun və Ceyhun Osmanlının “Yapı Kredi Bank Azərbaycan”da yerləşdirdikləri kadrların böyük əksəriyyətinin isə Gülən məktəblərində və Gülənçi şəbəkəyə yaxınlığı ilə tanınan universitentlərdə təhsil alan orta təbəqə Azərbaycan məmurlarının övladları olduqları bildirilir. Qeyd edək ki, irili xırdalı Azərbaycan məmurlarının övladlarının böyük əksəriyyəti prestiji və təhsil səviyyəsi ilə tanınan Gülən məktəblərində təhsil alıb və bu gün atalarının sayəsində müxtəlif vəzifələrdə yer alan həmin gənc kadrlar Azərbaycanda FƏTÖ hərakatının bundan sonrakı fəaliyyəti üçün geniş perespektivlər vəd edirlər. Xatıqladaq ki, bu yazıda bəhs edilən “Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin “Koç Maliyyə Xidmətləri” ailəsinə daxil olub. “Koçbank Azərbaycan” LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır. Buna baxmayaraq mənbə bildirib ki, “Yapı Kredi Bank Azərbaycan”ın “Koç Maliyyə Xidmətləri” ailəsinə aidiyyatı yoxdur və “Yapı Kredi Bank Azərbaycan”ın “Koç Maliyyə Xidmətləri” ailəsinə daxil olması formal xarakter daşıyır. Mənbə bilidirir ki, Yapı Kredi Bank Azərbaycan”ın əsas aktivləri məhz Gülənçi şəbəkəyə aiddir. Bu bankdan son 6-7 il müddətində Pensilvaniyaya, Türkiyəyə və digər ölkələrə böyük miqdarda pullar transfer olunub. Bu pulların böyük hissi isə Azərbaycan iş adamlarının və həmçinin müxtəlif dövlət qurumlarında çalışan məmurların ödədikləri “hizmət parası” olub”. Bütün bunlar deməyə əsas verir ki, “Yapı Kredi Bank Azərbaycan” Azərbaycanda son günlərini yaşayır. Bütün bunlarla yanaşı hazırda bankda ciddi likvidlik probleminin olması da Maliyyə Bazarlarına Nəzarət Palatası üçün qərar verməyə ciddi əsaslar verir… Geri qayıt |