Əsas Səhifə > Cəmiyyət, Manşet > Ucuzluq adı altında dövlətə ziyan...

Ucuzluq adı altında dövlətə ziyan...


24-10-2016, 10:58
Ucuzluq adı altında dövlətə ziyan...
Göyçay rayonunda "UCUZLUQ” ticarət mərkəzində satıcılardan biri olmuş Göyçay rayonu Hacalıkənd sakini 10.05.1981 təvvəlüdlü Şıxəliyevə Gülşən Eldar qızının saytımıza müraciət edərək Göyçay rayonunda qanunlara əməl etməyən bir neçə məmurdan şikayət etdi. Onun qeyd etdiyinə görə, Göyçay şəhərində H.Əliyev prospektində "UCUZLUQ” ticarət mərkəzində 2016-ci ilin may ayında dükan sahibi Abdullazadə Xəqani Nəriman oğlu məni qadın paltarı şöbəsinə satıcı kimi işə qəbul etdi. Beş ay müddətində hər gün 12-saat işləmişəm. Ayda bir dəfə istirahət günü və 10-dəqiqə nahar vaxtı icazə verilirdi. Beş ay çalışdıqdan sonra səbəbsiz yerə sahibkar Abdullazadə Xəqani Nəriman oğlu məni işdən azad etdi. İşdən çıxarıldıqdan sonra Dövlət Sosial Sığorta Şəhadətnaməsini yoxlamaq məqsədi ilə Göyçay rayon Dövlət Sosial Müdafiə Fonduna yaxınlaşaraq çalışdıqım dükanın sahibi tərəfindən mənim kartıma ödəniş olub olmadığı barədə məlumat almaq istədim. Göyçay rayon Dövlət Sosial Müdafiə Fondundan aldığım məlumata görə, mənim Dövlət Sosial Sığorta Şəhadətnaməmə sahibkar tərəfindən ödəniş edilməmişdir. Beləliklə mənim beş ay müddətində çalışdıqım əməyimə ödəniş edilmədiyi məlum oldu.Mən işlədiyim zaman şahid olurdum ki, işçilərin tez-tez dəyşilməsi səbəbsiz yerə deyilmiş. Ona görə ki, işə götürən Abdullazadə Xəqani Nəriman oğlu işçilər arasında əmək müqaviləsi bağlamır və Dövlət Sosial Müdafiə Fondun ödəniş etmir. Bu səbəbdən işçilərin qısa müddətdə işdən azad olunması məlum olurdu. Şıxəliyevə Gülşən Eldar qızının saytımıza müraciətini nəzərə alaraq araşdırmaqa başladıq. Göyçay rayon H.Əliyev prospektində "UCUZLUQ” adlı ticarət mərkəzinin sahibi Abdullazadə Xəqani Nəriman oğlundan müsahibə aldıq. Onun bildirdiyinə görə, Şıxəliyevə Gülşən Eldar qızının fikirləri ilə razı olmadıqını tam əssasız olduqunu bildirmişdir. "UCUZLUQ” adlı ticarət mərkəzinin sahibi Abdullazadə Xəqani qeyd etdi ki, Şıxəliyevə Gülşən işsizliyi ilə əlaqədar olaraq müraciət etmiş 15-gün sınaq müddətinə götürülərək əmək müqaviləsi bağlanmadan çalışmışdır. Günə muzd 6.66 qəpik pul ödənilmişdir. Onun digər qeyd etdiyi iddiaları əsassız sayıram. Bu mövzunu diqqətimizdə saxlayaraq digər dövlət qurumlarından bu şikayət üzrə araşdırmalar aparıldıqdan sonra şikayətçi Şıxəliyevə Gülşən Eldar qızına mətbuat tərəfindən məlumat veriləcək.

Geri qayıt