Əsas Səhifə > Cəmiyyət, Manşet > Binəqədi donur, “Azəriqaz” isə cavab vermir
Binəqədi donur, “Azəriqaz” isə cavab vermir28-10-2016, 10:43 |
Bakının Binəqədi rayonunda qaz təminatında fasilə yaranıb. Axar.az-ın redaksiyasının da yerləşdiyi Binəqədi rayonu, 7-ci m/r ərazisində artıq 3 gündür ki, qaz yoxdur. Oxşar problem rayonun əksər hissəsində özünü göstərir. Binəqədi qaz istismar sahəsi və Azəriqaz İstehsalat Birliyindən məsələ ilə bağlı münasibət almaq mümkün deyil. Qurumların telefonlarına, hətta qaynar xəttə iki gündür ardıcıl edilən zənglərə kimsə cavab vermir. Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |