Əsas Səhifə > Cəmiyyət, Manşet > Elşad Abdullayevim saxta arayışı səhiyyədə necə rol oynayıb?

Elşad Abdullayevim saxta arayışı səhiyyədə necə rol oynayıb?


17-11-2016, 09:22
Elşad Abdullayevim saxta arayışı səhiyyədə necə rol oynayıb?
Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaşananlar haqda məlumatları eşitdikcə, o halda bilib-başa düşürük ki, paytaxt Bakıdan təqribən 420-450km aralı məsafədə yerləşən bu rayonun səhiyyəsində, hər cür qanunsuzluq halları baş alıb getməkdədir. Hələ, “Gündəm Xəbər”in ötən saylarında rayonun səhiyyə ocaqlarında yaşananlara toxunmaqla bərabər, MRX-nın baş həkimi Ramiz Pirverdiyevin həyat keçirdiyi idarəçilikdən, mənimsəmə faktlarından, sahib olduğu “NUR” restoranından, “NUR” marketindən və s-lərdən də açıqlamalar yazmışdıq.

Bu cür açıqlamalardan sonra adının çəkilməsini istəməyən Gədəbəy rayon sakininin bildirdiyinə görə, hal-hazırda ən böyük qanunsuzluqlar rayonun səhiyyə ocaqlarında vəzifə sahibi olanların diplomlarındakı problemlərin varlığıdır. Məsələn, rayonun mərkəzi ərazisində yaşayan və adının çəkilməsini istəməyən şəxsin bildirdiyinə görə, bu gün Gədəbəy MRX-da şəkərli diabet şöbəsinin müdiri vəzifəsini Səbuhi adlı həkim daşıyır. O, adı çəkilən xəstəxanada kordioloq həkim işləyən Əlviz həkimin oğludur.

Səbuhi həkim tibbi diploma sahib olmadığından o, fəaliyyəti dayandırılmış və sabiq rektor Elşad Abdullayevin vaxtilə rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetindən aldığı arayış əsasında, bu gün şöbə müdiri vəzifəsini daşımaqdadır. Çatdırılan məlumatlara görə Səbuhi həkim ruhi-əsəb xəstəsi olduğu üçün, hətta həqiqi hərbi xidmət dövründə vaxtından əvvəl də təxris olunur. Məlumatlı mənbənin bildirdiyinə görə, bu gün geniş maliyyə imkanlarına sahib olan Səbuhi həkimin, Gədəbəy RPŞ-nin yeni izbiati binasının ön hissəsində qırmızı şiferdən, gözəgəlimli, yaraşıqlı villası da var. O, həmin villasını əldə etdiyi rüşvətin müqabilində ərsəyə gətirə bilib. Çünki, əmək haqqı təqribən 300 manatdan bir qədər yuxarı olan bir şəxsin, bu qədər var-dövlətə sahib olması heç də inandırıcı hal deyil. Deyilənlərə görə onun qardaşı Firdovsi həkim də, MRX-nın cərrahiyyə şöbəsində həkim işləyir və o da, bugünkü vəzifəsini vaxtilə ABU-dan əldə etdiyi arayış əsasında davam etdirməkdədir.

Belə bir məlumatları əldə etdikdən sonra öz-özlüyümüzdə çox götür-qoy etmişik ki, əcəba gör dünyanın hansı vaxtıdır ki, ali tibbi təhsili olanlar iş tapa bilmirlər, fəaliyyəti dayandırılmış ABU-dən arayış əldə edənlər isə, bu gün vəzifə başındadırlar. Rəhmətlik Bəhmən Vətənoğlu demişkən “Dağıl a, dünya!” Bu və digər problemlər barədə araşdırmalarımız davam etməkdədir.

Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Geri qayıt