Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > "120 nəfərə çörək vermək heç də balaca iş deyil..."

"120 nəfərə çörək vermək heç də balaca iş deyil..."


23-11-2016, 10:00
"120 nəfərə çörək vermək heç də balaca iş deyil..."
Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün aidiyyəti orqanlara ciddi tapşırıqlar və buna müvafiq olaraq sərəncamlar versə də, məsələ yerlərdə həllini tapmır. Sahibkarlar onlara olunan haqsız təzqiqlər, süründürməçilik və totalitar qanunlr haqqında ölkə başçısına yazılı məlumatlar versələr də, ya məktub Prezidentə çatmır, ya Prezidentin əleyhinə işləyənlər, ya da bürokratlar tərəfindən gizlədilir. Başqa bunu necə başa düşmək olar?
Qazaxda iş adamı, sahibkar Eldar Carçıyev də belə oyunların qurbanına çevrilib. Onun Qazaxın Xanlıqlar kəndi ərazisində neçə illərdi ki, inşa etdirdiyi “Əhəng sexi”in bu ilin dekabr ayında işə düməsi planlaşdırılıb. Sexdə 120 nəfər sakinin çalışacağı müəyyənləşdirilib. Sexə enerji üçün texniki şərt verilsə də, Dövlət Enerji Nəzarət İdarəsinin Tovuz Rayonlararası sektor müdiri Cavanşir Namazov işıq enerjisini buraxmayacağına “and” içib. Sahibkar Eldar Carçıyev hazırda son tamamlama işləri başa çatacaq sexin istismara buraxılmasına az qaldığını, lakin hələ enerjinin verilməməsini Cavanşir Namazova bildirsə də, o, bürokrat məmurun sərt ifadələri ilə qarşılaşıb. Cavanşir Namazov bildirib: “Eldar Çarçıyev sahibkarsan özünə. Bunun mənə nə dəxli var? Sizin sexə 1000 kv-lıq enerji lazımdı. Belə danışaq. Hər kilovat üçün 130 manat verməklə səndən cəmi 13 min manat pul alacağam. Bu da bizlik deyil, yuxarının puludu... Əks halda get, hara şikayət edirsən, et!”
Bəli, cəmiyyətə bəlkə də 1 qara qəpik xeyiri dəyməyən, Prezident İlham Əliyevin sərəncam və göstərişlərini qulaq ardına vuran Cavanşir Namazov kimisi bundan başqa nə edyə bilərdi ki? İşə düşməsi dekabr ayının 20-nə planlaşdırılan “Əhəng sexi”ndə 120 nəfərə çörək vermək heç də balaca iş deyil. Əgər bunu sahibkar Eldar Carçıyev edirsə, millətinin qeydinə qalırsa, bəs isti kabinetində hər an rüşvət gözləyən, süründürməçi və bürokrat Cavanşir Namazov kimiləri nəyə yarayır?
Sahibkar qarşılaşdığı çətinliklə bağlı Prezident İlham Əliyevə, İqtisadiyyat naziri cənab Şahin Mustafayevə, eyni zamanda Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə yazılı şəkildə müraciət edib.
Yəqinki, sahibkarın müraciət etdiyi lazımi orqanlar tezliklə, yəni dekabr ayının 20-nə kimi müvəssəl cavab verərlər. Həmin cavabı isə iş adamından çox, qarşıdan gəglən sərt qış aylarında ailəsinə bir parça çörək aparmaq arzusu ilə yaşayan əhəng sexində çalışacaq 120 nəfər vətəndaş daha çox gözləyir.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.
\\teref.info\\
Geri qayıt