Əsas Səhifə > Cəmiyyət, Manşet > Şabran məhkəməsi dul qadına və azyaşlı körpəyə QARŞI
Şabran məhkəməsi dul qadına və azyaşlı körpəyə QARŞI28-11-2016, 09:16 |
Qəzetimizin 16.11.2016-cı il tarixli sayında “Şabran rayon məhkəməsində rəzillik” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Şabran rayonu, Qəndab kənd sakini Nuriyeva Səadət Mahmud qızının öz başına gələnlər barədə bizə verdiyi açıqlamalar yer almışdı. Səadət Nuriyeva altı il bundan əvvəl həyat yoldaşının dünyasını dəyişdiyini və bundan sonra öhdəsində azyaşlı qız uşağı olmaqla dul qaldığını demişdi. Bu xanımın əsas şikayət etdiyi şəxs isə, onun qaynı, rəhmətə getmiş həyat yoldaşının doğma qardaşı, qızının əmisi olan İdris Nuriyevdir. Yazıda biz Səadət Nuriyevanın redaksiyamıza təqdim etdiyi ərizəsini olduğu kimi dərc etmişdik. Ölkə rəhbərliyinə və bir çox aidiyyatı olan qurumlara ünvanlanmış bu ərizədə şikayətçi Şabran rayon məhkəməsinin hakimi Teymur Qurbanovun, katıb Aydın Məhərrəmovun və məhkəmə qərarlarının icra şöbəsinin Natiq adlı əməkdaşının da hərəkətlərinə öz kəskin etirazlarını bildirir. Amma konkret olaraq İdris Nuriyevə qarşı irəli sürülən ittihamlar, həqiqətən də insanı sarsıda biləcək qədər ağırdır. Səadət Nuriyevanın ərizəsində deyilir: “Yazıb sizə bildirirəm ki, mən, Nuriyeva Səadət 2010-cu ildən dul qalmışam. Bir qız övladım ilə təkbaşına öz evimdə qalıram. Ərimin vəfatından bir müddət sonra, qaynım mənə əxlaqsız təkliflər etməyə başladı və dedi ki, qardaşım yoxdur, sən mənimlə cinsi əlaqədə olmalısan. Dəfələrlə zorlamağa cəhd edib. Mən onun murdar təklifini rədd etdikdən sonra o, məni şantaj etməyə başladı. Dedi ki, əgər mənimlə cinsi əlaqədə olmasan, bütün ev-eşiyini əlindən alacağam. Onun qorxusundan həyətə çıxa bilmirəm. Gecələr gəlib üstümə cumur. Sərdiyim alt paltarlarını gəlib oğurlayır. Bu hadisələrdən sonra o, məni məhkəməyə verdi. Məhkəmə belə qərar cışartdı ki, ərimin adna olan mülkiyyət bölünsün. Qaynım İdris Nuriyev məhkəmə prosesi gedə-gedə gəlib mənə dedi ki, mən məhkəmə icraçılarının pulunu da vermişəm. Bütün işlər mənim xeyrimə olacaq. İşə Şabran rayon məhkəməsi baxırdı. Məhkəmə icraçısı Natiq evimə gəlib məni söyüb təhqir edəndən sonra itələdi və mən yıxılıb huşumu itirdim. Həmin icraçı evimdən televizorumu, xalçamı, digər ev əşyalarımı götürdü. Məhkəmədə işimizə hakim Teymur Qurbanov baxırdı. Məhkəmənin katibi Aydın Məhərrəmov məni qorxutdu ki, ola bilər səni tutarlar, amma mən sənə köməklik edərəm. Bunun müqabilində məndən 300 manat pul istədi. Mən də o pulu borc olaraq tapıb verdim. Son nəticədə məhkəmədə mənim payıma düşən mülkiyyəti də mənə vermədilər. Hal-hazırda heç bir şəraiti olmayan bir evdə azyaşlı qızımla yaşayıram. Uşaq əmisinin qorxusundan evdə qala bilmir ki, birdən qaynım ona təcavuz edər. Cünki qaynım dəfələrlə qeyd edib ki, sən razılaşmasan qızını zorlayacağam. Xahiş edirəm, mənim və azyaşlı qızımın hüquqlarımızın bərpa olunmasında və təhlükəsizkiyimizin təmin olunmasında bizə köməklik göstərəsiniz”. Sonda bir məqamı xüsusi olaraq qeyd etmək istəyirik. Belə ki, Səadət Nuriyeva redaksiyamızda olduğu vaxt başına gələnlərdən dolayı olduqca gərgin bir vəziyyətdə idi. Hətta onun keçirdiyi sarsıtı elə yüksək həddə olmuşdu ki, Səadət xanım öz ərizəsində Şabran rayon məhkəməsinin hakimi ilə katibin adlarını da səhv salmışdı. Biz əlbəttə ki, bu yazıda lazım olan dəyişiklikləri edib, səhvləri düzəltdik. Amma daha vacib olanı budur ki, görəsən Şabran rayon məhkəməsində yol verilmiş səhvi kim düzəldəcək? Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |