Əsas Səhifə > Cəmiyyət, Manşet > Vətəndaş bu soyuqda nə etsin...
Vətəndaş bu soyuqda nə etsin...19-12-2016, 09:54 |
Ucarın Gəraybəyli kənd sakini Ağsu Regional Qaz Paylayıcı İdarəsindən (RQPİ) şikayətçidir Əliyev Cümşüd Zümrüd oğlu idarədən narazılıq edir. Onun sözlərinə görə, abonent olaraq istifadə etdiyi "smart-kart" tipli qaz sayğacını 26 avqust 2016-cı ildə borcu yarandığı üçün dəyişib. Ağsu RQPİ-nin əməkdaşları sayğacın dəyişdirilməsinin hesabını abonentin adına yazaraq ödənişi “Kapital bank”a etməli olduğunu deyiblər. Bununla əlaqədar avqustun 28-də C.Əliyev “Kapital Bank”a 82 manat 75 qəpik ödəyib. Ağsu RQPİ-nin əməkdaşları C. Əliyevin yaşadığı ünvana gələrək onun evinə verilən qazı kəsiblər və səbəb kimi onu göstəriblər ki, abonent sayğacın pulunu ödəməyib. C. Əliyev ödəniş haqda qəbzi onlara göstərib. Çıxılmaz vəziyyətdə qalan Ağsu RQPİ-nin əməkdaşları "kompüterə oturmayıb" deyiblər. Onlar kəsdikləri qaz xəttini bərpa edə bilməyəcəyini də deyiblər və gediblər. C.Əliyev rastlaşdığı bu məsələlərlə bağlı Ağsu RQPİ-nin 185 nömrəli qaynar xəttinə zəng edib şikayətini bildirmək istəsə də, ona cavab verən olmayıb. dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |