Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirlik dövlət komitəsi ilə birləşdirilir
Nazirlik dövlət komitəsi ilə birləşdirilir9-03-2017, 11:58 |
Nəqliyyat Nazirliyinin ləğvindən sonra sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: “Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin”. Məlumatlara görə, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyətlərinin Xarici İşlər Nazirliyinə verilməsi nəzərdə tutulur. XİN-in strukturunda da, müəyyən dəyişiklik və nazir Elmar Məmmədyarovun yeni nazirlə əvəzlənməsi gözlənilir. Mənbə onu da bildirir ki, XİN başçısı Elmar Məmmədyarov və Diasporla ilə iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovun adı hakimiyyətin qara siyahısındadır. Hakimiyyət həm bu arzuolunmaz şəxslərlə üzlüşmək, həm struktur dəyişikliyini eyni anda həyata keçirməkdə israrlıdır. Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi, Nəqliyyat Nazirliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Geri qayıt |