Əsas Səhifə > Cəmiyyət, Manşet > İlə 1 milyon manatı rahatlıqla mənimsəyib...

İlə 1 milyon manatı rahatlıqla mənimsəyib...


27-04-2017, 11:29
İlə 1 milyon manatı rahatlıqla mənimsəyib...
DİA.AZ: - Son günlər Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun başgicəlləndirici sərvəti və xərcləmələri medianın əsas müzakirə mövzularından birinə çevrilib. Xatırladaq ki, dünən qızının bahalı toyu ilə gündəmə gələn Qüdrət Şükürovunhəmin sərvəti necə əldə etməsi barədə geniş materialı təqdim etmişdik. Onu da qeyd edək ki, bu yöndə araşdırmalarımız davam edir, daha geniş materialı diqqətinizə təqdim etməyə hazırlaşırıq.

Bu gün isə DİA.AZ-a oxucular tərəfindən maraqlı bir qeyd göndərilib. Bakı sakini Etibar Ağayevin yolladığı həmin qeyd-xatırlatmanın oxucular üçün də maraqlı olacağını təxmin etdiyimizdən onu təqdim etmək qərarına gəldik. Beləliklə, oxucumuz dia-az.life-a yazır:

"Hamı deyir ki, Qüdrət Şükürovun pulları hardandır. Mən bir sabiq lift idarəsi işçisiyəm. Orada olan korrupsiya, yeyinti heç bir dövlət qurumunda mövcud deyil. Büdcədən ayrılan pulların mənimsənilməsi üşün şişirtmələri zatən Hesablama Palatası keçən il ifşa etdi. Bu, hələ harasıdır. Mən sizə son 9 ildə ayrılan 30 milyon manatın taleyini xatırlatmaq istəyirəm.

Məlumdur ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 23 dekabr 2008-ci il tarixdə sərəncam imzalayib.

Sərəncamda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Eyni məqsdələ 2013 və 2015-ci illərdə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat (ümumilikdə 20 milyon manat) məbləğində vəsait ayrılıb.

İndi özünüz təsəvvür edin ki, 9 ildə həmin 30 milyonun ən uzağı 2 milyonu təyinatı üzrə sərf olunub. Yerdə qalan 28 milyon manat mənimsənilib. Bunu ani araşdırma ilə də müvafiq dövlət qurumları təsdiqləyə bilərlər. Hər il üçün 3 milyon pul deməkdir ki, buradan da Qüdrət Şükürovun payı ən azından 500 min manatdır. Hətta 1 milyon da iddia edə bilərik. Yəni ilə bu qədər pulu mənimsəyən - təkcə bir ünvandan - şəxsin 400 minə toy etməsi nədən qərib görünür... bilmirəm".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt