Əsas Səhifə > Cəmiyyət, Manşet > Daha bir ali təhsil ocağı bağlana bilər

Daha bir ali təhsil ocağı bağlana bilər


8-05-2017, 11:14
Daha bir ali təhsil ocağı bağlana bilər
DİA.AZ: - Azərbaycanda daha bir ali təhsil müəssisənin fəaliyyətinə xitam verilə bilər. Bu barədə DİA.AZ-a təhsil sektorundakı mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, hələ qəbul imtahanları öncəsi Bakı Avrasiya Universitetinin bağlanması gündəmdə idi. Mənbənin dia-az.life-a söylədikləri: "Amma hansısa sirli qüvvələr bu məsələnin ertələnməsinə nail oldular. Amma indi vəziyyət kifayət qədər dəyişib. Və hətta ola bilsin ki, sərt qərar veriləndən sonra bu ali təhsil ocağına yeni qəbul olunanlar belə başqa təhsil müəssilərində ilk dərs gününə başlasınlar".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt