Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > DTX MTN-lə əməkdaşlıq etmiş şəxslər barədə yayılmış məlumatlarla bağlı araşdırmaya başlayıb

DTX MTN-lə əməkdaşlıq etmiş şəxslər barədə yayılmış məlumatlarla bağlı araşdırmaya başlayıb


15-05-2017, 13:13
DTX MTN-lə əməkdaşlıq etmiş şəxslər barədə yayılmış məlumatlarla bağlı araşdırmaya başlayıb
Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.



Geri qayıt