Əsas Səhifə > Cəmiyyət, Manşet > Beyləqanda məmur narazılıq yaradır
Beyləqanda məmur narazılıq yaradır17-05-2017, 10:55 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindəki qanunsuzluqlar və rüşvətxorluqla bağlı mütəmadi olaraq məlumat veririk. Amma Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar. Nazir Səlim Müslümov rayonlardakı şöbələrdə baş verən qanunsuzluqların qarşısının alınması üçün demək olar ki, hər vasitəyə əl atır. Ancaq mayası rüşvətlə “yoğrulmuş” kiçik məmurlar nazirdən xəbərsiz yenədə qanunsuz əməllərini davam etdirməkdədirlər. Bu dəfə saytımıza Beyləqan rayon ƏSMM-dən şikayət daxil olub. Saytımıza məlumat verən rayon sakinləri bildirirlər ki, birləşmiş şöbəyə rəhbərlik edən Anar Vəliyevin komandası rüşvət almaqdan çəkinmir. Məlumatda qeyd edilir ki, hazırda birləşmiş idarənin ümumi müdiri olan Anar Vəliyev onun müavini isə rayon DSMF-nin keçmiş müdiri olan Xaqani Hüseynov olub. Məlumatda bildirilir ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, əsasən də Anar Vəliyev yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır. “Ünvanlı sosial yardım haqqında” Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Beyləqanda bu kateqoriyadan olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Direktor sənədlərin qəbu edilməməsi günahını isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində fəaliyyət göstərən VEMTAS proqramınd agörürü. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Anar Vəliyevə rüşvət verən kimi VEMTAS proqramı həmin şəxsin sənədlərini qeydiyyata alır. Rayon sakinləıri iddia edirlər ki, Anar Vəliyev nazirlikdə VEMTAS proqramına nəzarət edən şöbə müdiri ilə isti münasibətlər qurara qonun vasitəsi ilə sənədləri qeydiyyata aldırır. Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, 2 ay bundan öncə Beyləqan rayonund akütləvi şəkildə social yardım alanların bir hissəsinə xəbərdarlıq mesajı gəldi. Həmin mesajlarda müxtlif səbəblərə görə social yardımın dayandırılması qeyd edilmişdi. Sakinlər bildirirlər ki, Anar Vəliyevə hesab verən şəxslərə bu mesajla rgəlməyib və mərkəz müdirinin kəndçilərinin, qohumlarının ünvanlı social yardımı kəsilməyib. Ancaq kasıb, pula ehtiyyacı olan şəxslərin yardımı bir günün içində kəsildi. Beyləqan sakinləri qeyd edirlər ki, mərkəz müdirinə məxsus təsərüfat fermasınd aişləyən 4 nəəfr şəxsin hər biinə yüksək məbləğdə social yardım yazılıb. Anar Vəliyev onlara əmək haqqı əvəzinə sosial yardım verir. Qarşı təərfin mövqeyini verməyə hazırıq. /AzMedia.info/ Geri qayıt |