Əsas Səhifə > Cəmiyyət, Manşet > 20-YƏ YAXIN FƏHLƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ
20-YƏ YAXIN FƏHLƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ7-06-2017, 10:57 |
Hazırda həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən bəzi özəl müəssisələr, tikinti şirkətləri var ki, onlar müxtəlif yollara baş vuraraq daha çox qazanc əldə etmək naminə işçilərin hüquqlarını kobud surətdə pozur, onlara əlavə problemlər yaradırlar. Gununsesi.info-nun elektron poçt ünvanına daxil olan şikayət məktubuna əsasən deyə bilərik ki, həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd addımlara yol verənlərdən biri də “North West” tikinti şirkətidir. Belə ki, Gununsesi.info-ya 20-ya yaxın şəxsin imzası ilə daxil olan müraciətdə Gəncə şəhərində fəaliyyət göstərən “North West” tikinti şirkəti tərəfindən işçilərin hüquqlarının pozulduğu öz əksini tapıb. Müraciətdə deyilir: “Biz aşağıda imza edən şəxslər 2015-ci ildə Gəncə şəhərində tikintisinə start verilən “North West” şirkətinin “Ganja Mall” tikinti layihəsində işə başlamışıq. İki ildən artıqdır ki, fasiləsiz olaraq bu layihədə fəhlə kimi çalışmışıq. Bu illər ərzində heç bir əmək məzuniyyətindən istifadə etməmişik. İşlədiyimiz dövr ərzində şirkətə zərər vuracaq heç bir qayda pozuntusuna yol verməmişik. 2017-ci ilin may ayının son iş həftəsinin sonunda şirkət rəhbərliyi tərəfindən işdən azad olunmağımız barədə bizə məlumat verilib. 2017-ci ilin may ayının 31-də bizim son iş günümüz olub. Nəzərinizə çatdırırıq ki, şirkət rəhbərliyi tərəfindən əmək müqaviləsinin bağlanması üçün lazım olan sənədlər (hərbi biletdən çıxarış, şəxsiyyət vəsiqəsinin çıxarışı, sağlamlıq barəsində arayış, məhkumluq haqqında arayış) işçilərdən toplanılıb. Ancaq bu günə kimi biz işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Dəfələrlə bunu tələb etməyimizə baxmayaraq, 2017-ci ilin iyun ayının 1-də biz imza edən şəxslər Gəncə şəhərində yerləşən “North West” şirkətinin ofisində işləyən vəzifəli şəxslərinə işdən çıxmaqla bağlı kompensasiyalarımızın verilməsi ilə əlaqədar müraciət etmişik. Bizə ofisdən bildirdilər ki, kompensasiyalar 6 aydan çox işləyən işçilərə 600 manat, 6 aydan az işləyən işçilərə isə 300 manat veriləcək. Biz onlara bir ay bizdən əvvəl çıxarılan işçilərə kompensasiya kimi bir aylıq məvacibləri qədər kompensasiyanın verildiyini bildirdikdə və bizə nə üçün kompensasiyanın az verildiyini soruşduqda şirkət rəhbərliyi onların fərqli nüansları olduğunu bildirdi. Bu fərqli nüans isə həmin işçilərin məsələ ilə bağlı ölkə başçısına müraciət etmələri olub. Odur ki, biz aşağıda imza edənlər cənab prezident İlham Əliyevə müraciət edir, “Azərbaycan Respublikası Əmək Məcəlləsini” əsas tutaraq “North West” şirkəti tərəfindən pozulmuş hüquqlarımızın bərpası üçün sizdən yardım istəyirik”. İmza: Əhmədov Kamran Əhmədov Dilmurad Süleymanov Kamal Baranov Samir Xəlilov Rəşid Quliyev Murad Hüseynov Sarman Ələkbərov Teymur Musayev Səyad Babayev Məqsədgəldi Səfərov Elçin Qasımov Rövşən Sadıqov Məhəmməd Novruzov Xəqani Həsənov İlqar Musayev Şahin Abasov Məcid Geri qayıt |