Əsas Səhifə > Cəmiyyət, Manşet > “Kredobank”ın da adının qarışdığı ŞOK CİNAYƏT
“Kredobank”ın da adının qarışdığı ŞOK CİNAYƏT21-07-2017, 12:17 |
DİA.AZ: - Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq qeyri-neft sektorunun daha sürətli inkişafının əsas məqsəd elan olunduğu hazırkı vaxtda bu sahənin xüsusi prioritet kimi qəbul edilməsi ölkəmizin iqtisadi potensialının yüksəldilməsinə əsaslı töhfə vermiş, ölkənin biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara hərtərəfli şərait yaradılmış, iqtisadiyyatın inkişafı üçün lazım olan hüquqi baza, şəffaf iqtisadi-maliyyə sistemi daha da təkmilləşdirilmiş, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi istiqamətində fundamental islahatlar həyata keçirilmişdir. Lakin buna baxmayaraq, bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı küllü miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır. DİA.AZ-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanmışdır. M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |