Əsas Səhifə > Cəmiyyət, Manşet > Direktorun "TORBASINI" zavuç tikibmiş?
Direktorun "TORBASINI" zavuç tikibmiş?21-09-2017, 11:30 |
Xəbər verdiyimiz kimi, hazırda Bakı şəhəri, 43 nömrəli məktəbdə aksiya keçirilir. BiG.AZ-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məktəbin direktoru Qafar Hüseynovun işdən kənarlaşdırılması valideynlərin etirazına səbəb olub. Valideynlər bildirib ki, səhər saatlarından etibarən məktəbə yoxlama gətirilib, polislər, prokuraturanın əməkdaşları cəlb edilib. Məqsəd isə direktor Qafar Hüseynovun fəaliyyəti, valideynlərdən rüşvət alıb-almamasını öyrənməkdir: "Hazırda siniflərin önündə polislər ətrafa nəzarət edir. Heç bir valideyn isə məktəbə buraxılmır. Uşaqlarımızı sorğu-suala tutublar ki, "Müəllimlər günü", "8 Mart" kimi bayramlarda rəhbərlik tərəfindən valideynlərədn pul yığılırmı, ya yox". Valideynlər Qafar Hüseynovun işdən kənarlaşdırılmasında məktəbin zavuçunu günahlandırır. Onlar bildirib ki, həmin zavuç Qafar Hüseynovdan Təhsil Nazirliyinə şikayət edib: "Məktəbin zavuçu direktorluq iddiasında idi. Qafar müəllimin yerinə keçmək istəyirdi. Bir neçə dəfə boş auditoriyaların şəklini çəkib nazirliyə göndərib ki, burada dərs keçilmir. Guya Qafar müəllim uşaqların repetiror yanına getməsi üçün şərait yaradırmış. Biz də nazirliyə zəng etdik, bizə bildirdilər ki, artıq Qafar Hüseynovun əmri verilib. Biz də təkidlə qeyd edirik ki, əgər Qafar müəllim işdən çıxarılıbsa, biz uşaqlarımızın 43 nömrəli məktəbdə təhsil almasına icazə verməyəcəyik". Aksiya keçirən valideynlərin BiG.AZ-a verdiyi məlumata görə, uşaqlar polis tərəfindən sorğu-suala tutulub. Hazırda məktəbdə aksiya davam edir. Mülki geyimli polislər camaatı saxlayır, direktor haqqında hər kəsdən rəy öyrənir. Məlumata görə, məktəbin zavuçu Kəmalə xanım polislər 16-cı bölməyə aparılıb. Artıq 2 mindən çox valideyn sabahdan etibarən uşaqlarını 43 nömrəli məktəbdən çıxarmağa hazırlaşır. Geri qayıt |