Əsas Səhifə > Cəmiyyət, Manşet > Xankəndində icazəmiz olmadan dükan açırsa...

Xankəndində icazəmiz olmadan dükan açırsa...


29-09-2017, 11:23
Xankəndində icazəmiz olmadan dükan açırsa...
Teref.info yazır ki, KOTON BREND-i adı altında məşhur beynəlxalq paltar satışı firması Azərbaycanın suverenliyini pozaraq separatçı Xankəndində öz mağazalar şəbəkəsini açmağı planlaşdırır. O bu haqda hətta öz reklam səhifəsində paylaşıb.Bunu face izləyicimiz aşkarlayıb və paylaşıb.Teref.info olaraq onun aşkarladığı bu xain hərəkəti sizinlə paylaşırıq:
"KOTON brendi Azərbaycanın ərazi bütövlüyünü pozur. Brendi baykot edək.
Bu gün facebookda qarşıma bir səhifə çıxdı. Mənə çox əsəb gəldiyindən instagramnanda axtarıb tapdım. Səhifənin adı koton_stepapnakert idi. Deməli belə çıxır ki KOTON Azərbaycandan icazə, razılıq almadan və Azərbaycan torpaqlarının ərazi bütövlüyünü tanımadan Azərbaycana məxsus Xankəndində rəsmi mağaza açmağa razılıq verib. Bunun ardınca mən Azərbaycanda fəaliyyət göstərən KOTON mağazasına zəng elədim (0125991510). Mağaza rəhbərliyindən bir xanımilə danışdım və xanıma ilk sualım bu oldu.
Mən: Salam xanım deyə bilərsinizmi sizin mağaza Azərbaycanda rəsmi fəaliyyət göstərir?
Xanım cavab olaraq əlbətdəki rəsmi mağazadı.
Mən: Bəs deyə bilərsinizmi Azərbaycanda sizin icazəmiz olmadan kimsə koton mağazası aça bilərmi?
Xanım: Əlbətdəki deyir.
Mən: Bəs siz Xankəndini tanıyırsız?
Xanım: Bəli
Mən: Onda belə çıxır siz icazə vermisiniz ki koton Xankəndində mağaza açır?
Xanım:Bizim ona qarışmaq ixtiyarımız yoxdur.
Mən: Niyə bəyəm ora Azərbaycan torpağı deyil? Siz bütöv Azərbaycan üzrə rəsmi nümayəndə deyilsiniz?
Və xanım susur......
Onu sizə bildirim ki rəsmi nümayəndəliyə mal göndəriləndə üzərinə ölkənin adı və şəhət yazılır. Məsələn:Azerbaijan, Baku
İndi koton ora nə yazır? Nagorono karabakh , Stepanakert?"
Teref.info olaraq dərc etdiyimiz fotolorda göründüyü kimi KOTON brendi həqiqətən Azərbaycanın suverenliyini pozub və inanırıq ki, buna görə cavab verəcək!

Xankəndində icazəmiz olmadan dükan açırsa...
Xankəndində icazəmiz olmadan dükan açırsa...
Xankəndində icazəmiz olmadan dükan açırsa...
Xankəndində icazəmiz olmadan dükan açırsa...
Xankəndində icazəmiz olmadan dükan açırsa...

Geri qayıt