Əsas Səhifə > Cəmiyyət, Manşet > Fars-molla rejimi soydaşlarımıza qarşı repressiyanı davam etdirir
Fars-molla rejimi soydaşlarımıza qarşı repressiyanı davam etdirir23-10-2017, 12:32 |
Güney Azərbaycanın Ərdəbil şəhərində “Saray” dərgisinin baş redaktoru xanım Mojqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, oktyabrın 22-də təhlükəsizlik qüvvələri Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir. Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, M.Siyami azərbaycanlı milli-mədəni fəallardan biridir. O, “Saray” dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir. Fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin onun namizədliyi rədd edilib. O, seçkilərdə “Din siyasətdən ayrı olmalı” və “Ana dilində təhsil olmalı” şüarları ilə çıxış edib. Həbsinin ana dili ilə bağlı fikirlərinə görə olduğu istisna edilmir. Geri qayıt |