Əsas Səhifə > Cəmiyyət, Manşet > "Biz Ermənistanı məhkəmədə udmuşuq"
"Biz Ermənistanı məhkəmədə udmuşuq"31-10-2017, 13:10 |
“Biz Ermənistanı məhkəmədə udmuşuq. Məhkəmə Ermənistanın əleyhinə, bizim lehimizə qərar verib. Ermənistan qarşımızda cavabdehlik daşıyır. Məsələnin siyasi tərəfini udmuşuq. Buna baxmayaraq, heç bir yenilik yoxdur”. Bunu Modern.az-a açıqlamasında Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın hələ də ödənilməməsindən danışarkən deyib. O, bildirib ki, müraciətlərə baxmayaraq, bu iş çoxdan unudulub. “ Axırıncı dəfə bu ilin sentyabrında bizə yekun cavab verilməli idi, amma verilmədi. Əvvəllər daha çox ümid edirdik. Lakin sonuncu dəfə bizə ingilis dilində yazılı məktub gəldi. Dili bilmədiyimizdən məktubun mətni ilə tanış olmaq imkanımız olmadı. İndi bir istəyimiz var ki, bu məsələdə Azərbaycan hökuməti də bizə kömək olsun və bizim adımızdan nəsə tələb etsinlər. “Qaçqınkom”un sədri Əli Həsənova da hamımızın adından məktubla müraciət etdim ki, bu məsələ niyə bu qədər uzanır? Vətəndaş olaraq bu məsələni bura qədər gətirmişik. Məhkəmənin qərarında göstərilir ki, Ermənistan Azərbaycan ərazilərini zəbt edib və azərbaycanlı məcburi köçkünlər qarşısında cavabdehlik daşıyır. Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı bu ilin iyununda rəsmi bəyanat verdi. Biz bu məsələdə mənəvi və hüquqi yardım gözləyirik. Amma görünən odur ki, bu iş unudulub”. Qeyd edək ki, Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib. Geri qayıt |