Əsas Səhifə > Cəmiyyət, Manşet > Müştəri “Parabokt”da lombard krediti fırıldağını ifşa etdi
Müştəri “Parabokt”da lombard krediti fırıldağını ifşa etdi10-11-2017, 12:31 |
Əhalinin aztəminatlı hissəsinin əsas müraciət etdiyi ünvanlardan biri də lombardlardır. Şəhid ailəsinin üzvü olan Emin İsmayılov da bu təbəqənin üzvlərindəndir. AzEuroNews.com-a danışan şikayətçi deyir ki, əvvəllər adı “Parabank”, indi isə “Parabokt” adlanan qurumun Çəmbərəkənd filialından lombard krediti götürüb. “Orada sırf dələduzluqla məşğuldurlar. Qapıya yazıb vurublar ki, 2 faizlə lombard krediti verirlər. Faktiki isə müqavilə bağlananda 5 faiz əvvəlcə pul alırlar, xırda-para məsrəfləri də əlavə edib 8-9 faizə qədər əlavə hesablayırlar. Əgər “Parabokt” 8-9 faizlə lombard krediti verirsə, qapıya niyə 2 faizlə kredit verdiklərini yazıb əli hər yerdən üzülən vətəndaşı aldadırlar? Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı hara baxırlar? Niyə “Parabokt”dakı fırıldağın qarşını almırlar?”,-deyə E.İsmayılov sual edir. O, deyir ki, 2 aylıq krediti bağlayan zaman da problemlər yaradılıb, əlavə pul ödəməsinə işarələr vurulub: “Deyirlər ki, girovu pulu haradan almısansa, get oradan istə. Halbuki girovu mən Çəmbərəkənd filialına qoymuşam. Məni süründürməyə, get-gələ salmağa nə ehtiyac var? Yəni girovu istəyəndə də pul umurlar”. Yada salaq ki, bir neçə ay əvvəl sözügedən bank aprel şəhidi Xaliq Əzizadənin adına kredit borcunu tələb etməklə gündəmə gəlmişdi. Məsələyə I vitse-prezident Mehriban Əliyevanın müdaxiləsindən sonra problem həllini tapmışdı. Adıçəkilən qurumun mövqeyini yayınlamağa hazırıq… Geri qayıt |