Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputatların davasına İntizam Komissiyası qarışdı
Deputatların davasına İntizam Komissiyası qarışdı15-11-2017, 11:46 |
Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev millət vəkilləri – Fəzail İbrahimli ilə Fəzail Ağamalının bir-birinin ünvanına sərt və təhqiramiz ifadələr səsləndirməsinə münasibət bildirib. A.Abıyev “Ölkə.Az”a açıqlamasında deputatların bir-birinin haqqında etikadan kənar ifadələr səsləndirməməsini tövsiyə edib: “Mən onların bir-biri haqqında nə deməsindən məlumatsızam. Ancaq bizim Komissiyanın işi sırf Milli Məclisin iclaslarında olan xoşagəlməz hərəkətlərlə bağlı ölçü götürməkdir. Kimlərsə Milli Məclisdən kənarda, mətbuatda bir-biri haqqında hansısa fikirlər səsləndirirsə, buna biz cavabdeh deyilik. Bunun cavabdeh olan müvafiq qurumlar var. Yenə də deyirəm, Komissiya yalnız Milli Məclisdə baş verən hadisələrə cavabdehdir. İndi hansısa deputatlar kənarda bir-biri haqqında nəsə söyləyirsə, artıq ona biz qarışa bilmirik”. Xatırladaq ki, deputat Fəzail Ağamalı həmkarı Fəzail İbrahimli haqqında musavat.com-a sərt açıqlamalar verib. F.Ağamalı iddia edib ki, oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb və bunu namərdlik adlandırıb: “Fəzail İbrahimlinin cinayət törədən oğlunun adını övladımın adı ilə dəyişərək, düşünülmüş şəkildə oğlumu gündəmə gətirməsi çox böyük namərdlikdir”. Millət vəkili Fəzail İbrahimli isə həmkarının, onun barəsindəki ittihamlara münasibət bildirərək, Fəzail Ağamalını təhqir edib. Geri qayıt |