Əsas Səhifə > Cəmiyyət, Manşet > İsmayıl Vəliyev də narazılıq yaradır...
İsmayıl Vəliyev də narazılıq yaradır...12-12-2017, 10:43 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup neftçalalı təhsil işçisi yerli icra hakimiyyətinin təzyiqlərindən giley edir. DİA.AZ-a yazan müəllimlər iddia edirlər ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin adından onlara göstəriş gəlib. dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bizə tələb qoyublar ki, büdcə təşkilatlarında çalışanlar öz pay torpaqlarında pambıq əkməlidir. Buna etiraz edənlər isə iş yerini itirməli olacaq. Artıq proses gedir. Bizim isə belə ağır və həssas təsərrüfata nə imkanımız var, nə də təcrübəmiz. İş yerimizi də itirmək istəmirik. Xahiş edirik, bizə kömək edin". Qeyd edək ki, sözügedən iddia ilə bağlı yerli icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı. Amma yenə də qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |