Əsas Səhifə > Cəmiyyət, Manşet > Vergilər nazirinin müavininin istefa xəbəri yayıldı...

Vergilər nazirinin müavininin istefa xəbəri yayıldı...


8-01-2018, 11:10
Vergilər nazirinin müavininin istefa xəbəri yayıldı...
Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb... Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.

Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.

Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.

Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmadı...

Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.

Geri qayıt