Əsas Səhifə > Cəmiyyət, Manşet > Mikayıl Cabbarov nazirliyi "təmizləyir"...
Mikayıl Cabbarov nazirliyi "təmizləyir"...9-01-2018, 11:51 |
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyevin istefa xəbəri yayılıb. Yayılan xəbərlərdə onun işdən çıxmaq haqda ərizə yazdığı və yeni vergilər naziri Mikayıl Cabbarova təqdim etdiyi bildirilir. Ancaq nazir müavini vəzifəsinə təyinat və işdən azadetmə ölkə başçısının sərəncamı ilə həyata keçirildiyindən Namiq Əliyev hələ ki gözləyir. Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, nazir müavinin Vergilər Nazirliyində aparılan kadr islahatları zamanı vəzifədən göndəriləcəyi istisna olunmur. Yəni onun işdən kənarlaşdırılması tezliklə rəsmiləşəcək. Namiq Əliyev 1960-cı ildə Gəncə şəhərində anadan olub 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Baş prokurorun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, Milli Təhlükəsizlik, Gömrük, Vergi və Sərhəd Qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Geri qayıt |