Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Süleyman Mikayılovun adı Eldar Mahmudovla əlaqədə...
Süleyman Mikayılovun adı Eldar Mahmudovla əlaqədə...26-01-2018, 12:17 |
DİA.AZ: - DİA.AZ xatırladır ki, hələ 6 il əvvəl Muzey Mərkəzinin qarşısında Süleyman Mikayılovun qızının idarə etdiyi qeyd olunan avtomobil qanunsuz və kobud parkovka hərəkəti ilə diqqətə gəlmişdi. Həmin ərəfədə bu olay böyük səs-küyə nədən oldu və hətta Süleyman Mikayılov bütün internet portallarından məlum görüntülərin yığışdırılması üçün böyük çaba sərf etdi. Amma yenə də hədəf olmaqdan yayına bilməyibmiş... Belə ki, bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, həmin ərəfədə Süleyman Mikayılovu ləğv edilmiş MTN-dəki məlum quldur dəstəsi də çəkçevirə salıb. Mənbənin iddia etdikləri: "Bu zaman Süleyman Mikayılov Qaradağ rayonunda yerləşən böyük əraziyə malik daş karxanalarından birini sabiq MTN şefi Eldar Mahmudovun yaxın adamlarından birinə "bağışlamalı" olur. Eyni zamanda 500 min ABŞ dolları da başçıdan yayılmış xəbərin yaratdığı "ajiotaja" görə alınır. Əks halda Süleyman Mikayılov daha ciddi təzyiqlərlə üz-üzə qalacağını təxmin etdiyindən əlavə bəxşişlərlə də canını qurtarmağa çalışır. Amma Eldar Mahmudov "vurulana" qədər başçı ilə sabiq MTN şefinin təması davam edir". Mənbə iddia edir ki, amma Süleyman Mikayılov nədənsə MTN generalları ilə bağlı istintaqda iştiraka maraq göstərməyib. DİA.AZ-a danışan mənbə əlavə olaraq bunları bildirib: "Süleyman Mikayılov yaxın günlərdə görəvdən alınacaq. Ola bilsin ki, bundan sonra o da bəlli istintaqa cəlb olunsun. Çünki heç bir hüquq-mühafizə orqanı artıq Süleyman Mikayılovu qorumaq imkanında deyil. Ortada MTN-Mikayılov əlaqələrinin digər istiqamətlərini də sübutlayan və araşdırılması tələb olunan digər faktlar da mövcuddur. Bunun üçün isə Mikayılovun vəzifəsindən alınacağı gün gözlənilir". Mövzu ilə bağlı danışmaq istəyənləri dinləməyə hazırıq. Əlavə bilgilərimiz də olacaq... Geri qayıt |