Əsas Səhifə > Cəmiyyət, Manşet > Heydər Əsədovun pambıq siyasəti tənqid olundu
Heydər Əsədovun pambıq siyasəti tənqid olundu7-02-2018, 11:38 |
Azərbaycanda pambıqçılığın hər bir sahəsində, hər bir mərhələsində çox böyük problemlər, qüsurlar var. “Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib. K.Nəbizadə qeyd edib ki, həm ölkə rəhbərliyinin, həm Korporasiya rəhbərliyinin bundan xəbəri var. Onun sözlərinə görə, istehsaldan başlamış satışa qədər nəzarət gücləndiriıləcək. O bildirib ki, bu sahədə xərclər optimallaşdırılmalı və şəffaflıq təmin olunmalıdır. Geri qayıt |