Əsas Səhifə > Cəmiyyət, Manşet > Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir
Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir27-02-2018, 12:02 |
Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq. Bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib. R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur: “Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”. Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir: “Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”. Geri qayıt |