Əsas Səhifə > Cəmiyyət, Manşet > İsmayıllının icra başçısına qarşı TƏXRİBAT

İsmayıllının icra başçısına qarşı TƏXRİBAT


5-04-2018, 12:12
İsmayıllının icra başçısına qarşı TƏXRİBAT
DİA.AZ: - Son günlər dövlətimizə qarşı bəzi üzdəniraqların başlatdığı söyüş kampaniyası cəmiyyətdə haqlı narazılıqla müşaiyət olunmaqdadır. Belə ki, bir paralarının hətta az qala düşmən ermənilərlə eyni səngərdə görünmələrinə qədər gətirib çıxaran bu söyüş kampaniyasında hədəfin AZƏRBAYCAN DÖVLƏTİ olmasının şəkksizliyi sübuta yetirilməklə yanaşı, həm də bu prosesin məqsədli şəkildə idarə olunmasını da ortaya çıxarmış oldu.

Təbii ki, cəmiyyətimiz söyüşü, əxlaqdan kənar istənilən bir reaksiyanı qəbul etmir. Cəmiyyətimiz eyni zamanda şərə və böhtana qarşı da eyni aqressivliyi nümayiş etdirir. Amma maləsəf, hələ də bəzi yerli media quruluşları da var ki, onlar da kiçik miqyasda olsalar da, həmin söyüş, şər-böhtan kampaniyasını təkrarlamaqdadırlar. Ki, bu da haqlı narazılıqlara səbəb olur.

Bununla bağlı DİA.AZ-a yazan İsmayıllı rayon sakinləri bildirirlər ki, son günlər bir-iki saytda raypnun icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova qarşı bir qarayaxma kampaniyası həyata keçirilir. Sakinlər dia-az.life-a yazır:

"Bu, xoşagəlməz olmaqla yanaşı, həm dənarahatedicidir. Mirdaməd müəllim hörmətli professor, işinin öhdəsindən layiqincə gələn dövlət məmurudur. Kimlərsə hansısa maddi maraqları naminə belə bir nüfuzlu adamı hədəfə alırsa, bundan ilk narahat olan İsmayıllı camaatıdır. Biz şər-böhtançılara yalnız bir söz demək istəyirik: Hətta qarayaxmada belə Allahınızı unutmayın, millətin dəyərlərinə hörmətlə yanaşın. Kimsə sizlərə əsas vermir ki, Mirdaməd müəllim kimi adamları belə rahatlıqla təhqir edəsiniz".

Geri qayıt