Əsas Səhifə > Cəmiyyət, Manşet > Sakinlər çətin durumda olduqlarını deyirlər...
Sakinlər çətin durumda olduqlarını deyirlər...4-05-2018, 09:32 |
İşğal olunmuş Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin mövqelərindən o qədər də uzaqda olmayan Ağdam rayonunun Çıraqlı kəndində sakinlərin əksəriyyətinə verilən mavi yanacaq kəsilib. Redaksiyamıza məlumat verən Çıraqlı sakinləri yanacaqlarının kəsilməsi ilə bağlı onların müraciətinə baxan olmadığını bildiriblər. BiG.AZ xəbər verir ki, hazırda Çıraqlı sakinlərinə məxsus əkin sahələri də erməni hərbiçilərinin atəşi altındadır. Elə bu səbəbdən də, məhsul götürmək o qədər də asan başa gəlmir. Bəzən torpağa əkilən bitkilər atəşkəsin intensiv pozulması səbəbilə torpaqda qalıb məhv olur. Bu da sakinlərin dolanışığına mənfi təsir göstərir. Bir sözlə, ölüm ya qalım mübarizəsinin ən amansız şəraitində yaşamaq üçün çaba göstərən sakinlərə onların öz dövlətinin milli sərvəti olan təbii qaz borcunu güzəştə getmək istəyən yoxdur. Qeyd edək ki, anoloji problem “Azərişıq” ASC -nin xidmət sahəsində də mövcud idi. Amma bu qurum, borclu istehlakçıları və abonentlərini işıqsız qoymamaq üçün güzəştli ödəniş sistemi tətbiq edir. Yəni abonentin ödədiyi hər 10 manatın yarısı borcdan çıxılır, yarısı isə istehlaka yönəldilir. Bu da, sakinlərin rahatlığını təmin etməyə ən yaxşı nümunə kimi təqdir olunur. Geri qayıt |