Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağcabədidə icra başçısı meydanda tək qalıb...

Ağcabədidə icra başçısı meydanda tək qalıb...


17-05-2018, 09:38
Ağcabədidə icra başçısı meydanda tək qalıb...
Redaksiyanın ünvanına Ağcabədi icra hakimiyyətində qalmaqala səbəb olan tükürpədici məlumatlar daxil olmuşdur. Aparat işçilərinin başçıya qarşı iş birliy, idarəetmədə yaranacaq ciddi nöqsanlar sakinlərin dövlətə qarşı münasibətlərinə zərbə vura biləcək nəticələrə gətirib çıxara bilər. Bu barədə Ağcabədi rayon sakini müraciətində bildirib. Belə ki, mətbuatın gündəmini zəbt edən Ağcabədi səhiyyəsi və təsilindəki xoşagəlməz məqamlar barədə başçıya yalan məlumatlar verilir. Qeyd olunur ki, bütün iclaslarda müavinlər tərəfindən başçıya verilən məlumat və hesabatlar həqiqətə söykənmir.
Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb.
Şahin Məmmədov ətrafında yaranan bu “Üçlüyə” hüquq şöbəsinin müdiri Hafiz Hüseynov, Xaliq Mirzəyev və Naibə Mustafayevanın daxil olduğu verilən məlumatlar sırasındadır.
Yalan məlumatlarla başçını aldadan “üçlük” görülən işlərin, tapşırıq və göstərişlərin nəticələrini şişirdərək Şahin Məmmədovu aldatmaqla onun etibarını qazanmağa müvəffəq olumuşlar. Mənbə bildirir ki, Şahin Məmmədovun rayonda apardığı quruculuq işləri bu üçlüyün çirkin əməlləri sayəsində gözdən salınır. Mənbə pambıq əkini ilə bağlı başçının aldadıldığını qeyd edir. Belə ki, pambığın əkin statistikası sənədlərdə bir cür, əsil həqiqətdə isə sənədləşdirlmədə yazılan rəqəmlərdən qat-qat aşağı olduğu bildirilir. RİHB-nın müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyevin bu yalanlarını saymaqla qurtarmır.(bu barədə araşdırma bitdikdən sonra məlumat veriləcək). Xaliq Mirzəyev başçıya özünü əvəzolunmaz işçi, yalançı çalışqan kimi göstərməklə qardaşını Suvarma Sistemləri İdarəsinə rəis təyin elətdirməyə belə nail olmağı bacarıb.(Bu barədə sonra) Xaliq Mirzəyev o adamdır ki, qısa müddət ərzində memarlıqdan başçının köməkçisi sonra isə RİHB-nın müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri kim daha yüksək vəzifəyə təyin olunur. Göründüyü kimi vəzifə hərisliyi Xaliq Mirzəyevə o qədər də yüngül başa gəlməyib. Başçının etibarını qazanmaq, məqsəd və məkirli niyyətləri həyata keçirmək üçün belə bir “üçlüyün” iş birliyi gələcəyə hesablanmış bir siyasət və başçının ən inanılmış adamına çevrilmiş simalardan biri olmaqdır. Şahin Məmmədovun adından istifadə edən, başçının qan qohumuyam deyən Xaliq Mirzəyevin Ağcabədidə bütün idarə, müəsissə müdirlərinə “sənin iliyini vuraram”, mən deyən olmalıdır kimi hədə və təhdidləri hər kəsə bəllidir. Hələ ötən dərs ilində Ağcabədi şəhər 11 saylı məktəbin ikinci sinfində oxuyan oğlu ilə digər bir şagird arasında yaranmış mübahisəyə dərhal müdaxilə etmiş və həmin şagirdi döymüşdür. Hətta, bu yaxınlarda “kamxoz”un fəhləsini prokurorluğun binasının yanında döyərək təhqir etdiyi barədə də məlumatlar verilmişdir. Rayon sakinləri hesab edirlər ki, başçının adından istifadə edib rayonda sağa-sola at oynadan “ərkəsöyün” müavinə Şahin Məmmədovun dur deməsinin vaxtı çoxdan çatmışdır.

Naibə Mustafayevanın da çiyninə şahlıq quşu tez-tez qonur. Belə ki. əvvəllər YAP qadınlar şurasının sədri, daha sonra isə RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kim daha mötəbər bir vəzifəyə gətirilir. Həmçinin, bu “Üçlüyə” Naibə Mustafayevanın rəhbərlik etdiyi bildirilir..
"Müavin olasan, digər iki müavini təsir altına salıb idarə edəsən və başçının da bundan xəbəri olmaya. Şahin Məmmədovun quruculuq və inkişah yolundakı işlərinə zərbə vuran da elə bu "Üçlüyün" qurduğu oyunlardır"-deyə mənbə bildirir.

Naibə xanımın “üçlüyə” daxil etdiyi müavinlərlə olan münasibəti özündə suallarla dolu mümmalı məqamları daşıyır. Bu suallar və müəmmalı məqamları Naibə xanım elə ustalıqla qoruyur ki, hətta Şahin Məmmədov belə, xəbər tuta bilmir. Reallıqda isə rayon sakinləri bu münasibətlərin nədən ibarət olmasını daha yaxşı bilirlər.
Əslində biz redaksiya olaraq suallar və mümmaları özündə cəmləşdirən bu məqamların yazılmasında və çözülməsində marağımız yoxdur. Əsas məsələ ondan ibarətdir ki, başçının bir addımlığında özü də icra hakimiyyətində Azərbaycan əxlaqına və mənəviyyatına yaraşmayan bu hərəkətlərdən başçının məlumatsız olmasıdır. Elə məsələnin maraqlı tərəfi də budur. Bu “üçlər”in aralarında olan münasibət, iş yoldaşı parametrlərini aşaraq birliyin tələb və prinsiplərinə uyğun olmaqla daha da irəliyə getmişdir. Birliyi birləşdirən səbəbləri tam çılpaqlığı ilə yazıb məhkəmə çəkişmələrinə yol açan ip uclarını kimlərəsə verməyə niyyətimiz yoxdur. Kim kiminlə dostdur, kim kiminlə iş yoldaşıdır, və yaxud nədir bunun redaksiya olaraq bizə aidiyyatı yoxdur.

Araşdırmalar davam edir.
P.S. Biz isə mətbuat ictimai rəy yaradır prinsipini rəhbər tutaraq qarşı tərəfdən yazılan məlumatlara fikir öyrənməyə çalışdıq. Qarşı tərəf cavab vermək əvəzinə susmağı qərar verdi.
azerbaycaninfo.az

Geri qayıt